Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Nəsimi rayon 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Mehriban Əzimovaya məxsus içərisində 288 manat və sənəd olan pul kisəsini oğurlamış Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Cəbi Cəbiyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az