Hadisənin Azərbaycandakı konserti LƏĞV OLUNUB?

Hadisənin Azərbaycandakı konserti LƏĞV OLUNUB?
20:32 9 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnisi Hadisə Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə münasibət bildirib.

Milli.Az anspress-ə istinadən bildirir ki, bacısı Dərya Açıkgöz ilə ad günü mərasiminə qatılan müğənni çıxışda jurnalistlərin suallarına cavab verib.

700 min lirə (365 min AZN) alacağı iddia olunan Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə "Belə bir xəbərdən heç bir məlumatım yoxdur", - deyə cavab verərək təkzib edib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Hadisə Yeni il bayramı münasibəti ilə Qubadakı beş ulduzlu otellərdən birində səhnəyə çıxmalı idi. O buna 250 min dollar (700 min lirə) qarşılığında razılaşıb. Lakin Azərbaycanın üzən məzənnəyə keçməsindən sonra ifaçının konserti təxirə salındığı bildirilirdi.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/396614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR