Kasparov Bakını xatırladı - FOTO

Kasparov Bakını xatırladı - FOTO
20:37 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakıda anadan olmuş şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov Azərbaycana olan münasibətindən danışıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu haqda şahmatçı Rusiya mətbuatına danışıb.

"Mən 1990-cı ilin yanvar ayında Bakını tərk etməli oldum. Həmişə demişəm ki, paytaxtı Moskva olan ölkədə doğulmuşam və SSRİ dağılandan sonra, paytaxtı Moskva olan ölkədə yaşamağa davam edirəm. Mənim üçün rus dili, rus mədəniyyəti və rus təhsili həmişə əsas olub",- deyə Kasparov bildirib.

2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etmək üçün Azərbaycana gəlmək istəyən Kasparov daha sonra bunları bildirib: "Bizim ailədə müxtəlif millətlərin nümayəndələri var. Bakı digər respublikaların paytaxtından rus mədəniyyətinin təsirinin çox böyük olması ilə fərqlənirdi. Bu, ölkənin cənubunda yerləşən özünəməxsus imperiya "forpostu" idi. Baxmayaraq ki, mənim pasportumda doğulduğum yer kimi Bakı göstərilib, mənim indiki Azərbaycanla heç bir əlaqəm yoxdur və ola da bilməz".

Qeyd edək ki, 2016-cı il Şahmat Olimpiadasının Bakıda keçirilməsi barədə qərar Beynəlxalq Şahmat Federasiyasının 2012-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub. Bakıda Şahmat Olimpiadasının 2016-cı ilin sentyabrında təşkili nəzərdə tutulub. Ermənistan şahmatçıları Bakıya gəlmək barədə konkret qərar qəbul etməyiblər.

Kasparov 1963-cü ildə Bakıda doğulub. Atası Kim Moiseyeviç Vaynşteyn milliyətcə yəhudi, anası Klara Şagenovna Kasparyan isə ermənidir. Babası Moisey Rubinoviç Vaynşteyn keçən əsrin 40-50-ci illərində Azərbaycan SSRİ-nin tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olub. Harri əvvəllər Vaynşteyn soyadını daşısa da, atasının vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək, öz soyadını verib və soyadın sonluğundakı "yan" hissəciyini dəyişərək rus stilində "ov" yazdırıb.

Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib. 1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanıb. Sovet ordusunun Bakıya müdaxiləsi ərəfəsində - 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk edərək Moskvaya gedib. Daha sonra bəyanat yayaraq sovet ordusunun da Bakını tərk etməsini tələb edib. Son zamanlar siyasətlə məşğul olur. 2005-ci ildə Rusiyada yaradılmış "Birləşmiş vətəndaş cəbhəsinin" sədridir.
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR