1000 atlı elektrikli hiperkar - FOTO

1000 atlı elektrikli hiperkar - FOTO
20:57 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Las-Veqasdakı Consumer Electronics Show (CES) avtosərgisində 321 km/saatadək sürətlənən, biryerli avtonom FFZERO1 elektromobili təqdim olunub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni Faraday Future avtoistehsalçısı tərəfindən hazırlanan bu avtomobil, faktiki olaraq gələcəyin "ekoloji təmiz, intuitiv elektrikli nəqliyyat vasitələrinin" nümunəsidir. 

McLaren P1 GTR superkarında olduğu kimi 1000 a.g. sahib olan dörd elektromühərrikli yeni FFZERO1 konsepti çox sürətlidir. Ən azından nəzəri olaraq bu belədir. İlk yüzlüyə sürətlənmə - üç saniyədən daha az, maksimal sürət isə - 320 km/saatdan daha çoxdur. Buna əlavə olaraq - idman üslublu asma, bir yerli kokpit, avtomobilin genişləndirilmiş dinamik nəzarəti və fırlanma anının idarəsini də qeyd etmək lazımdır. Və nəhayət, hiperkar avtanom hərəkət üçün bütün lazımi vasitələrlə təchiz olunub.

Avtomobil Faraday tərəfindən işlənib hazırlanan yeni "Variable Platform Architecture" platformasında yığılıb. Platforma mərkəzləşdirilmiş şəkldə quraşdırılan batareyalar sisteminə əsaslanır. 

Təəssüf ki, bu konseptdir. Kislarod və susyu dəbilqə vasitəsilə sürücüyə ötürən Halo təhlükəsizlik sistemi barədə öncədən xəbər verilsə də, yaxın vaxtlarda bunu görmək mümkün olmayacaq. Bəlkə də heç vaxt.
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR