Hansı gün Zəlimxan ölüb desələr...

Hansı gün Zəlimxan ölüb desələr...
20:57 9 Yanvar 2016
99 Digər
Ölkə mətbuatı
A- A+

Nə az, nə çox, düz 50 il sözlə çarpışdı, sözə boylandı Zəlimxan Yaqub. Bu yola 15 yaşında çıxmışdı. Kəpənəkçidə, sazın-sözün içində böyümüşdü. Yaxşı bilirdi ki, bu yolda Azərbaycanı tanıdan nəhənglər var, hər sözü dünya boyda olan kişilər var. Bu yolda var olmağın, özünü təsdiq etməyin böyük hünər olduğunu anlamamaq mümkünsüz idi. Ona görə də könül verdiyi şeirin əlçatmaz zirvəsində özünü təsdiqləmək üçün çox yuxusuz gecələr keçirdi. Özünün dediyi kimi "Bir dəfə verilir vergi insana, qədrini bilməsən verilməz daha". O, Tanrı vergisini, istedadını parlatmaq, "Mən də varam, mən də bu xalqın əsl söz adamıyam, şairiyəm" demək üçün yarım əsr bu dünya ilə söz davasına, fikir savaşına çıxdı. Amma neyləyəsən ki, günlərin birində, sevdiklərinə, Vətəninə, Azərbaycana əlvida dedi...

Nə yazdısa saz üstə köklədi, Dədə Ələsgərdən, Xəstə Qasımdan, Tufarqanlı Abbasdan ruhuna ruh, gücünə-güc qatdı. Zəlimxan Yaqub bu illər ərzində "Saz", "Göyçə dərdi", "Cavidan qız balası", "Şair harayı", "Sizi qınamıram", "Vətən yaraları", "Göyçədən gələn səslər", "Borçalıdan qalan izlər", "Yunis İmrə dastanı", "Ey vətən oğulları", "Suallar", "Haqq-ədalət", "Böyük ömrün dastanı", "O qızın göz yaşları", "Şuşada balam qaldı" və başqa irihəcmli, epik-lirik səpkili poemaları, saz üstündə köklənən şeirləri ilə oxucuları sevindirə bildi. Son illərdə nəşr edilmiş "Bir əli torpaqda, bir əli haqda", "Bu yaşıl ağacın altı bizimdir", "Mən sənin qəlbinə necə yol tapım" adlı şeir və poemalar kitabı şairin ömür yolunda, yaradıcılıq taleyində ən böyük uğurlardan sayılırdı. Qarabağ müharibəsi mövzusunda yazdığı "Şair harayı", "Vətən yaraları", "Sizi qınamıram" poemalarına və "Ziyarətin qəbul olsun" kitabına görə bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülüb.

Yazdıqları, yaratdıqları dövrünün şeir və söz adamları, ədəbiyyatsevərləri tərəfindən hər zaman yüksək qiymətləndirilib. Onun haqqında hər zaman sözün və ədəbiyyatın nəhəngləri yüksək fikirlər səsləndirib. Belə ki, Nizami Cəfərov deyib: "Zəlimxan Yaqub bu dünyaya xüsusi missiya ilə gəlib: onun vəzifəsi böyük sənətin mövqeyində dayanaraq, böyük idealları tədqiq etməkdən, xalqla dövlət arasında əsrlər boyu ehtiyac duyulan harmoniyanın yaranmasına sənətkar-mütəfəkkir xidməti göstərməkdən ibarətdir". Mirvarid Dilbazi: "Zəlimxanın misraları gözəlliyi, saflığı, sədaqəti, vətən məhəbbətini, insan ürəyinin çırpıntılarını tərənnüm edir". Bəxtiyar Vahabzadə: "Əgər şair xalq ruhundan doğan sözü deyə bilirsə, o, həqiqətən xalqın ürəyində əks-səda tapır. Əks-sədaya çevrilmək üçün isə xalqla eyni yaşda olmağı bacarmalısan. Zəlimxan Yaqub belələrindəndir". Hüseyn Arif: "Zəlimxan Yaqubu mənə doğmalaşdıran, sevdirən cəhət məhz budur ki, o, əsas enerjisini bəziləri kimi özünütəbliğə yox, təsirli, bəşəri mövzuları xalq ruhu ilə milli zəminlə bağlamağa sərf edir". Musa Yaqub: "Zəlimxan sinəsi dolu şairdir. Vətən və torpaq sevgisi, bəlkə də, Zəlimxan şeirində birincidir".

12 gün yaşamaq haqqını özündə saxlaya bilsəydi, 66 yaşını qeyd edəcəkdi Zəlimxan Yaqub. Gəlişi ilə bizi bizə tanıdan, sazı, sözü yenidən yaddaşımızda təzələyən, Azərbaycan dilini şirin danışığı, obrazlı ifadəsi, güclü yaddaşı ilə təzədən bizlərə sevdirən Zəlimxan Yaqub ölümü ilə də sanki ölümü kövrəltdi.

İnsanlar, ürəyim quzu tək mələr,

Başım nələr çəkdi, dünyada, nələr,

Hansı gün Zəlimxan ölüb desələr,

O gün, bircə dəfə "of" çəkərsiniz...

AZƏRTAC

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq keçiriləcək

26 Aprel 2017 10:07

Qızıl 2 dollar ucuzlaşdı

26 Aprel 2017 10:05

"Avropa əvəz çıxmağa çalışır"

26 Aprel 2017 10:05

Cəbhədə GƏRGİNLİK - Pulemyotlar dayanmayıb

26 Aprel 2017 10:05

Arvadı ilə məşuqunun fotolarını Facebook-da yaydı - FOTO

26 Aprel 2017 10:05

“AŞPA-nın qərarını tanımırıq” - Ərdoğan

26 Aprel 2017 10:04

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

26 Aprel 2017 10:03

Ağ Ev Donald Trampın immiqrasiya ilə bağlı yeni qərarlarını ləğv edən məhkəmə qərarından hiddətlənib

26 Aprel 2017 10:02

Əflatun Amaşovun yubileyidir

26 Aprel 2017 10:02

Cəbhədən SON XƏBƏR

26 Aprel 2017 09:59

Türkiyə və Azərbaycana qarşı hücumun hədəfi – Avropanı qorxuya salan GƏLƏCƏK

26 Aprel 2017 09:58

Manatın MƏZƏNNƏSİ

26 Aprel 2017 09:57

“Bursaspor” klubu Robert Prosineçkinin AFFA ilə müqavilə müddətindən xəbərsizdir

26 Aprel 2017 09:57

Tanınmış sənətçi oğluna toy etdi - FOTO

26 Aprel 2017 09:57

Mir Cəlal Paşayevin anadan olmasından

26 Aprel 2017 09:57

67 yaşlı kişi evində yanaraq öldü

26 Aprel 2017 09:54

Düşmən atəşkəsi 128 dəfə pozub

26 Aprel 2017 09:54

Ermənilər atəşkəs rejimini 128 dəfə pozub

26 Aprel 2017 09:52

"AzeriLight" bahalaşdı

26 Aprel 2017 09:51

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

26 Aprel 2017 09:49

Mərkəzi Bankının valyuta məzənnələri

26 Aprel 2017 09:49

20 mindən çox əhali paytaxtdan çıxarılır – ŞOK SƏBƏB

26 Aprel 2017 09:48

İlkin Həsəninin TƏMTƏRAQLI toyunda nələr yaşandı? - VİDEO/FOTO

26 Aprel 2017 09:48

Bakıda sərnişin avtobusu qəzaya uğradı

26 Aprel 2017 09:47

Qızıl 2 dollar ucuzlaşdı

26 Aprel 2017 09:43

"Məktəb həm də xəstəlik mənbəyidir" - Ekspert həyəcan təbili çalır

26 Aprel 2017 09:42

Azərbaycan nefti bahalaşıb

26 Aprel 2017 09:42

Ağdaşda 65 yaşlı kişini avtomobil vuraraq öldürüb

26 Aprel 2017 09:37

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.04.2017)

26 Aprel 2017 09:37

Neft ucuzlaşdı

26 Aprel 2017 09:37

MLS-də ən çox qazanan futbolçuların adları açıqlanıb -

26 Aprel 2017 09:37

"Çiçek Taksi"nin aktyoru həbs olundu - FOTO

26 Aprel 2017 09:37

Xərçənglərin yürüşü - FOTOLAR

26 Aprel 2017 09:33

ABŞ-da neft ehtiyatları artmağa davam edir

26 Aprel 2017 09:32

"Rusiya hücum etməsə, yox olacaq"

26 Aprel 2017 09:32

Tarixdə bu gün nələr baş verib?

26 Aprel 2017 09:32

Neft ucuzlaşdı

26 Aprel 2017 09:28

Deputat olmağın ÜSTÜNLÜKLƏRİ - SİYAHI

26 Aprel 2017 09:27

Yohan Kroyffun adı "Ayaks"ın stadionuna veriləcək

26 Aprel 2017 09:27

“Baltanı götürüb hücum etdim, bir də gördüm xəstəxanadayam...” – ƏFLATUN AMAŞOV

26 Aprel 2017 09:24

İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə verildi

26 Aprel 2017 09:23

Neft ucuzlaşdı

26 Aprel 2017 09:21

Hərbi təlim zamanı FACİƏ: 1 əsgər öldü, 3 yaralı var

26 Aprel 2017 09:17

El Klassiko: 185 ölkə, 650 milyon tamaşaçı

26 Aprel 2017 09:17

Fransa kubokunda ilk finalçı müəyyənləşdi

26 Aprel 2017 09:17

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (26.04.2017)

26 Aprel 2017 09:17

Həyat yoldaşını dostu ilə yataqda tutdu

26 Aprel 2017 09:06

Betondan maraqlı tikili - FOTO

26 Aprel 2017 09:05

"Başlıca məqsəd inkişaf etmiş dövlətlərə çatmaqdır" - Prezidentin köməkçisi

26 Aprel 2017 08:59

Prezidentlər Çernobıl AES-ə səfər edəcəklər

26 Aprel 2017 08:57