Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar nekroloq imzalandı

Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar nekroloq imzalandı
21:37 9 Yanvar 2016
90 Digər
Ölkə mətbuatı
A- A+

İntihar edən Elgünün son paylaşımı (12 May 2017 12:56)
Zəlimxan Yaqubun xatirə günü keçirilib (08 Aprel 2017 19:24)

Azərbaycan Prezidenti, dövlət rəsmiləri, mədəniyyət xadimləri xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Trend-in məlumatına görə, nekroloqda deyilir: " Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) 2016-cı il yanvarın 9-da ömrünün 66-cı ilində vəfat edib.

Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. O, 1967-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil olub və 1972-ci ildə ali təhsilini başa vurub.

Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə 1973-cü ildən "Azərkitab" sistemində müxtəlif vəzifələrdə işləməklə başlayan Zəlimxan Yaqub 1975-1982-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində redaktor, şöbə müdiri, 1982-1992-ci illərdə isə "Yazıçı" nəşriyyatının poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Onun qəhrəmanlıq ruhu, vətənpərvərlik hissi, azərbaycançılıq məfkurəsi ilə aşılanmış əsərləri əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.

Dilimizin bütün çalarlarından və tükənməz imkanlarından faydalanaraq yazılmış şeirləri şairin poetik təfəkkürünün məhsulu kimi öz xəlqiliyi, rəvanlığı, milli koloriti ilə səciyyələnir və böyük təsir gücünə malikdir. Zəlimxan Yaqubun tarixi şəxsiyyətlərə həsr etdiyi poemaları yaradıcılığının zirvəsini təşkil edir. Onun "Əbədiyyət dastanı" poeması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərlər arasında xüsusi yer tutur.

Zəlimxan Yaqubun aşıq yaradıcılığını dərindən bilməsi və onu bütün incəlikləri ilə qavraması şeirlərinin lirizmini daha da qüvvətləndirib. Poeziyasının dilinə xas olan şeiriyyat və axıcılıq Zəlimxan Yaqubun əsərlərinə bəstəkar və aşıqların müraciət etmələri üçün zəmin yaradıb.

Şairin əsərləri bir çox dillərə tərcümə olunub və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif ölkələrdə keçirilən poeziya gecələrində Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib. Onun yaradıcılığının Gürcüstanın ali mükafatı olan "Şərəf" ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təzahürüdür.

Zəlimxan Yaqubun ictimai fəaliyyəti də səmərəli olub. O, 1995-2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin inkişafında və təbliğində böyük əmək sərf edib. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülüb.

Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Zəlimxan Yaqubun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, İsa Həbibbəyli, Anar Rzayev, Rafael Hüseynov, Fikrət Qoca, Söhrab Tahir, Söhrab Tahir, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və Ədalət Nəsibov imzalayıblar.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şərf toxuyub Ginnesin rekordlar kitabına düşdülər

25 May 2017 18:36

İngiltərəni qana boyayan şəxs Türkiyədən gedib - MƏNBƏ

25 May 2017 18:33

Xəzərdə naməlum kişi meyiti tapıldı

25 May 2017 18:32

Pul ala bilmədi, damarlarını doğradı - BAKIDA

25 May 2017 18:32

Qəbələnin Həmzəlli kəndi

25 May 2017 18:30

Bank "BTB" yenilənmiş “İnternet-Bankçılıq” xidmətini təqdim edib

25 May 2017 18:29

Deputat iclas zalından rəfiqəsinə porno göndərdi - FOTOLAR

25 May 2017 18:28

Yaxın Şərqdə dəyişən geosiyasi şərtlər: İran seçkiləri və Trampın səfəri fonunda

25 May 2017 18:27

Bakıda helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin yaradılması ilə bağlı Tədbirlər Planı imzalanıb

25 May 2017 18:22

Məşhur müğənni 6 gündə iki ərini itirdi

25 May 2017 18:22

​Nadir Qafarzadəni məhv edən nə oldu?

25 May 2017 18:22

Qara nöqtələrə SON

25 May 2017 18:20

BDU-da Respublika Günü qeyd edildi

25 May 2017 18:18

İlham Əliyev Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25 May 2017 18:18

Rumıniya nümayəndə heyəti ADU-da olub

25 May 2017 18:15

Andiçmə mərasiminə gələn ANA

25 May 2017 18:13

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:09

Dənizdən tapılan meyitin itkin düşən neftçiyə aid olub-olmaması müəyyənləşdirilir

25 May 2017 18:08

Karapetyanın ŞOK PLANI: “Bakını işğal edək və hər şey...”

25 May 2017 18:08

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:08

Çində əcnəbi futbolçu transferinə görə 100 faizlik vergi tətbiq olunub

25 May 2017 18:07

"Qəbələ"nin futbolçusu rəsmən "Tobol"da

25 May 2017 18:07

Qəbələdə 2 ədəd tank əleyhinə tüstü minası tapılıb

25 May 2017 18:05

Türkiyədə 4 hərbçi və 1 qoruqçu şəhid olub, 3 terroçu zərərsizləşdirilib

25 May 2017 18:02

Neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq

25 May 2017 18:02

Qərargah: “Bir kişi meyiti tapılıb”

25 May 2017 18:02

"Unibank"dan Respublika gününə xüsusi kredit kampaniyası

25 May 2017 18:01

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

25 May 2017 18:01

Bu şəxslər “Şöhrət” ordeni ilə təltif edildi

25 May 2017 18:01

Ruminiyalı alimlər BDU-da

25 May 2017 17:58

Ata öz qızı ilə evləndi - RƏZALƏT!

25 May 2017 17:57

Bir gündə 7 türk hərbçi öldü

25 May 2017 17:55

Daha bir əfsanəvi oyunçu

25 May 2017 17:53

Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10 mln. manat güzəştli kredit verilib

25 May 2017 17:52

Cahangir Hacıyev ittihamları qəbul etmədi

25 May 2017 17:50

Putin İlham Əliyevi təbrik etdi

25 May 2017 17:48

Qocalmağa qoymayan NADİR MADDƏ: alfa lipoikin İNANILMAZ FAYDALARI

25 May 2017 17:48

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

25 May 2017 17:47

Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı

25 May 2017 17:47

“AtaBank” ASC-yə “MasterCard” beynəlxalq ödəniş sistemindən xüsusi mükafat təqdim edilib

25 May 2017 17:43

YAP-ın rayon təşkilatlarından birinin sədri dəyişib

25 May 2017 17:42

Fahişəni polis maşınından düşürüb qaçırtdılar - VİDEO

25 May 2017 17:42

Rəqsanənin bahalı hədiyyəsi, Safura nazir oğlu ilə...

25 May 2017 17:40

İlan onu axtaran adamın üstünı çıxdı və... - DƏHŞƏTLİ ANLAR (VİDEO)

25 May 2017 17:38

BDU-nun dekan müavini məhkəmədə ifadə verib: "Tələbəni kimlərsə öyrədir"

25 May 2017 17:37

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olunub

25 May 2017 17:36

Deputat: Hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə xidmət edir

25 May 2017 17:36

"Expressbank" daha bir nominasiya üzrə qalib olub

25 May 2017 17:36

“Intel” korporasiyası yeni interfeysi populyarlaşdıracaq

25 May 2017 17:35

Smartfonlar üçün əlavə reallıq printeri hazırlanıb

25 May 2017 17:35