Cəlilabadda yeniyetmə maşını çırpdı, yandırdı - FOTO

Cəlilabadda yeniyetmə maşını çırpdı, yandırdı - FOTO
21:37 9 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabadda avtoxuliqanlıq edən yeniyetmə qəza törədib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
 
"VAZ- 2106" markalı minik avtomobilinin sürucüsu qəfildən idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb. Qəzadan sonra avtomobilin mühərrik hissəsi alışmaga başlayıb. Lakin ətrafdakıların müdaxiləsi ilə  alov söndürülüb.
 
Güclü zərbə nəticəsində xoşbəxtlikdən sürücü xəsarət almasa da, minik avtomobili ciddi zədələnərək yararsız vəziyyətə düşüb.
 
Hadisə şahidlərinin sözlərinə görə, qəza törədən sürücü yeniyetmə olub.
 
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR