"Qarabağ" futbolçusunu Hollandiya klubuna satdı

"Qarabağ" futbolçusunu Hollandiya klubuna satdı
21:41 9 Yanvar 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın futbolçusu Raydell Pupon Hollandiyanın yüksək liqasında mübarizə aparan "Roda" klubuna keçib.

ANS PRESS-in məlumatına görə, 28 yaşlı hücumçu ilə bir illik müqavilə bağlanılıb.

Pupon Ağdam klubu ilə müqaviləsini pozaraq, "Roda" klubuna transfer olub. O yeni komandasına yanvarın 12-də Kerkradedə qoşulacaq. "Sarı-qaralar"ın texniki direktoru Ton Kanen bu keçidi belə şərh edib: "Raydell hiyləgər hücumçudur. Onunla hələ Hollandiya çempionatından tanışam. O istənilən vəziyyətdən qol vura bildiyini sübuta yetirib. Biz hücumçu mövqeyindəki boşluğu tez doldura bildiyimizdən məmnunuq".


Raydell Pupon

Qeyd edək ki, Raydell Pupon "Ayaks"ın futbol akademiyasında yetişib və ilk dəfə Amsterdam komandasının formasını geyinib. Pupon sonradan Hollandiyanın "Villem II", "Sparta", "De Qrafsxap", "Den Haq" və Fransanın "Valansyen" klublarında çıxış edib. O, "Qarabağ"la iyulun ortalarında 2 illik müqavilə bağlamışdı. Hazırda "Roda" Erediviziyada 18 komanda arasında 15-ci yerdə qərarlaşıb. İlk dövrədən sonra komandanın hesabında 16 xal var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR