Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Domenlər arasında hansı ölkə liderdir?

Domenlər arasında hansı ölkə liderdir?

Date: 9 January 2016 21:42

Çin İnternet İnfrastrukturu İnformasiya Mərkəzinin (CNNIC) məlumatına görə, ".cn" domen ünvanında qeydiyyatdan keçmiş ümumi veb səhifələrin sayı 17 milyona yaxınlaşıb. Bu göstərici Almaniyanın ".de" domeni üzrə müvafiq göstəricini ötərək dünyada yuxarı səviyyəli milli domenlər arasında birinciliyi ələ keçirib. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, Çinin "Sina" xəbər portalının məlumatına görə, Çinin ".cn" yuxarı səviyyəli domeni milli domen ünvanları arasında ən populyardır.
 
Yuxarı səviyyəli milli domen ünvanları dövlətlərə İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən "Internet Corporation for Assigned Names and Numbers" (ICANN) qeyri-kommersiya təşkilatının nəzarəti altında olan "IANA" (Internet Assigned Numbers Authority) tərəfindən verilir.
 
Milli.Az


Tags:  Domenlər arasında hansı ölkə liderdir


RƏYLƏR


Top news