Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcü nazir Azərbaycana qarşı plan qurub - FOTO

Gürcü nazir Azərbaycana qarşı plan qurub - FOTO

Date: 9 January 2016 21:47

Gürcüstanın energetika naziri Kaxa Kaladze Rusiyanın "Qazprom" şirkətinin nümayəndələri ilə gizli görüş keçirib.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Gürcüstan eksperti Soso Tsiskarişvili xəbər yayıb.

Kaladze "Qazprom"un ixrac rəhbəri Yelena Burmistrova ilə qaz məsələsi barədə müzakirələr aparmaq üçün dekabrın 27-də gözlənilmədən İsveçrəyə gedib.

Tsiskarişvilinin sözlərinə görə, Gürcüstan Azərbaycandan ixrac etdiyi "mavi yanacağ"ın 50%-ni Rusiya qazı ilə əvəz etmək niyyətindədir.

Fondun rəhbəri David Saqanelidze bu məlumatı şərh etməyib. Tsiskarişvili bildirib ki, Energetika Nazirliyi də görüş haqqında heç bir söz demir, hərçənd ki, Burmistrova ilə görüşü təsdiqləyirlər.

Müqavilənin şərtləri üzərində işləyəcək dövlət qurumu - Beynəlxalq neft və qaz şirkəti Bidzina İvanişvili tərəfindən yaradılıb və qurumu "Tərəfdaş fondu" idarə edir.

Kaladzenin İran və Rusiya ilə ilk gizli qaz danışıqları ötən ilin sentyabrında üzə çıxmışdı. Amma həmin vaxt heç bir tərəflə razılaşma əldə olunmamışdı.

Hazırda isə Gücüstanın qaz bazarında ən böyük pay SOCAR-a məxsusdur. Qaz qalmaqalı böyüdüyü bir vaxtda Gürcüstanın baş naziri Azərbaycana, prezident İlham Əliyev isə Gürcüstana müxtəlif vaxtlarda səfər etdi. Həmin vaxtda qaz qalmaqalı səngimişdi.

Amma son bir neçə gün ərzində Gürcüstanın Rusiya və İrandan qaz alması müzakirə mövzusuna çevrilib. Məlumata görə, Gürcüstan hökuməti İranla qaz danışıqları aparır. Gürcü ekspertlər İrandan Gürcüstana qaz nəqlinin real olmadığını irəli sürürlər. Onlar buna səbəb kimi infrastrukturun olmamasını göstərirlər.

İrandan Gürcüstana qaz nəqli Ermənistanın ərazisindən nəzərdə tutulur. Amma maraqlıdır ki, Ermənistan hakimiyyəti bu barədə heç bir rəy irəli sürmür. Yəqin ki, Ermənistan Rusiyanın təziqi ilə məsələyə münasibət bildirmək istəmir. Çünki İranın Ermənistan ərazisindən Gürcüstana qaz ötürməsi Rusiyanın bazardan çıxması deməkdi.

Kaxa Kaladzenin apardığı enerji siyasətindən görünür ki, ucuz qaz axtarır. Ona görə ki, mətbuatda Kaladzenin gah İranla, gah da Rusiya ilə gizli qaz danışıqları ortaya çıxır. Gürcü nazir bununla rəqabət mühiti yaradıb, ucuz qiymətə "mavi yanacaq" əldə etmək istəyir. İran və ya Rusiyanın Gürcüstana qaz nəql etməsi isə Azərbaycana həm iqtisadi, həm də siyasi baxımdan sərf etmir. Qaz satışı həyata keçirilərsə SOCAR-ın Gürcüstan bazarındakı payı azala bilər. SOCAR Gürcüstana qazla bərabər neft və dizel də ixrac edir.

Bu, iqtisadi baxımdan Azərbaycanın maraqlarına uyğun gəlmir. Məsələnin siyasi tərəfi isə İrandan Gürüstana Ermənistan ərazisindən qaz ötürülməsidir. Çünki Azərbaycan 20 ildən çoxdur ki, Ermənistanı torpaqlarını işğal etdiyi üçün regionda həyata keçirilən enerji layihələrindən kənarda qoyur.
Milli.Az






Tags:  Gürcü nazir Azərbaycana qarşı plan qurub FOTO



RƏYLƏR


Top news