Pul kartınızdan əlavə faiz tutulacaq - VİDEO

Pul kartınızdan əlavə faiz tutulacaq - VİDEO
21:53 9 Yanvar 2016
261 Digər
Ölkə mətbuatı
A- A+

Plastik kartlardan vəsaitin nağdlaşdırmasında konvertasiya zamanı 4% komissiya alınacaq. Yəni balansdakı manatı dollarla və ya əksinə dolları manatla nağdlaşdırmaq istəyən şəxs hər əməliyyat zamanı məbləğin 4% -ini komissiya haqqı kimi ödəməli olacaq.
Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, insanlar manatlarını plastik kartlara yükləyir, sonra isə dollarla nağdlaşdırıb satırlar. Son günlər müşahidə olunan bu hal, qara bazarın yaranmasına gətirib çıxara bilər. Bunun qarşısını alma üçün yanvarın 11-dən belə üsulla pul nağdlaşdırarkən plastik kartdan həmin məbləğin 4%i tutulacaq.

Azərbaycan Banklar Assosiasiyasının bu qərarının digər məqsədi ölkədəki nağdsız hesablaşmaları stimullaşdırmaqdır. Yəni plastik kartdakı vəsaitləri nağdlaşdırmaq əvəzinə kartdan ödəniş etmək daha məqsədəuyğun hesab olunur.

4%-lik komissiya haqqı təkcə vəsaitin konvertasiyası: yəni manatın dollarla və ya dolların manatla çıxarılması zamanı tutulacağından bu qayda plastik kartla digər əməliyyatlara şamil edilməyəcək.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/396626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR