İkibaşlı qızılı heykəlin 3 günlük ömrü

İkibaşlı qızılı heykəlin 3 günlük ömrü
22:06 9 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

"Kommunist Çinin yaradıcısı və atası" adlandırılan Mao Szedunun Henan əyalətindəki qızıl suyuna çəkilmiş 37-metrlik nəhəng heykəli gözlənilmədən dağıdılıb.

Yanvarın əvvəlində açılışı olan heykəlin ömrü cəmi 3 gün olub. Bu gözlənilməz addımın səbəbi dəqiq bilinmir. Amma KİV-in ehtimalına görə, heykəlin qoyulmasına hakimiyyət dairələrinin rəsmi icazəsi olmayıb. Başqa bir yandan, abidə müəlliflərinin işə başlamazdan öncə bunu ölkə rəhbərliyi ilə niyə razılaşdırmadıqları da bəlli deyil.

Dəmir-beton konstruksiyalı abidənin inşasına 3 milyon yuan (460 min dollar) sərf olunub.

Abidə sosial şəbəkələrdə istehzalı şərhlərlə qarşılanıb. Şəbəkə istifadəçiləri yazıblar ki, heykəl dövlət xadiminə oxşamır. Çinlilərin həyatı barədə yazan qeyri-rəsmi Shanghaiist bloqu isə "Böyük şəxsiyyət"in ayaqlarının yanında ikinci başın da olduğuna diqqət çəkib.

"BÖYÜK ACLIĞI UNUTMUSUNUZ?"

Bəzi internet istifadəçiləri heykəlin qoyulduğu yerin düzgün seçilmədiyini qeyd edir. Henan Mao-nun ölkədə yeritdiyi iqtisadi siyasət nəticəsində daha çox zərər çəkmiş əyalətdir. Burada 1950-ci illərin axırlarında aclıqdan 40 milyon insanın öldüyü bildirilir.

"Bəyəm siz onun yaratdığı "Böyük aclığı" yaddan çıxarmısınız?", - Cində Twitter-in oxşarı olan Sina Weibo-da biri yazır.

Milyonlarla insanın ölümündə ittiham olunsa da, Mao hələ də Çində böyük hörmətə malikdir və ölkənin birləşdirilməsini məhz onun ayağına yazırlar. Ölkənin Kommunist rəhbərliyi onunla bağlı ictimai müzakirələrə ciddi nəzarət edir və öz nüfuzunu möhkəmlətmək üçün onun mirasından yararlanır.

Mao Szedun Çin Xalq Respublikasını yarandığı 1949-cu ildən ölənədək (1976-cı il) idarə edib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR