Prezident xalq şairinin vəfatı ilə bağlı başsağlığı verdi

Prezident xalq şairinin vəfatı ilə bağlı başsağlığı verdi
22:09 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Musavat" başqanından Qurbanovlara başsağlığı (18 Aprel 2017 12:57)
İlham Əliyev Misir prezidentinə başsağlığı verdi (09 Aprel 2017 18:57)
Ərdoğan Putinə başsağlığı verdi (04 Aprel 2017 15:57)

Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət xadimləri, habelə mədəniyyət xadimləri xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, nekroloqda bildirilir ki, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) 2016-cı il yanvarın 9-da ömrünün 66-cı ilində vəfat edib.

 

Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. O, 1967-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil olub və 1972-ci ildə ali təhsilini başa vurub.

 

Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə 1973-cü ildən “Azərkitab” sistemində müxtəlif vəzifələrdə işləməklə başlayan Zəlimxan Yaqub 1975–1982-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində redaktor, şöbə müdiri, 1982–1992-ci illərdə isə “Yazıçı” nəşriyyatının poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

 

Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Onun qəhrəmanlıq ruhu, vətənpərvərlik hissi, azərbaycançılıq məfkurəsi ilə aşılanmış əsərləri əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.

 

Dilimizin bütün çalarlarından və tükənməz imkanlarından faydalanaraq yazılmış şeirləri şairin poetik təfəkkürünün məhsulu kimi öz xəlqiliyi, rəvanlığı, milli koloriti ilə səciyyələnir və böyük təsir gücünə malikdir. Zəlimxan Yaqubun tarixi şəxsiyyətlərə həsr etdiyi poemaları yaradıcılığının zirvəsini təşkil edir. Onun “Əbədiyyət dastanı” poeması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərlər arasında xüsusi yer tutur.

 

Zəlimxan Yaqubun aşıq yaradıcılığını dərindən bilməsi və onu bütün incəlikləri ilə qavraması şeirlərinin lirizmini daha da qüvvətləndirib. Poeziyasının dilinə xas olan şeiriyyat və axıcılıq Zəlimxan Yaqubun əsərlərinə bəstəkar və aşıqların müraciət etmələri üçün zəmin yaradıb.

 

Şairin əsərləri bir çox dillərə tərcümə olunub və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif ölkələrdə keçirilən poeziya gecələrində Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib. Onun yaradıcılığının Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təzahürüdür.

 

Zəlimxan Yaqubun ictimai fəaliyyəti də səmərəli olub. O, 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin inkişafında və təbliğində böyük əmək sərf edib. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.

 

Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Zəlimxan Yaqubun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

 

 

İlham Əliyev

 

Artur Rasizadə

 

Oqtay Əsədov

 

Ramiz Mehdiyev

 

Elçin Əfəndiyev

 

Hacıbala Abutalıbov

 

Fatma Abdullazadə

 

Əbülfəs Qarayev

 

İsa Həbibbəyli

 

Anar Rzayev

 

Rafael Hüseynov

 

Fikrət Qoca

 

Söhrab Tahir

 

Nəriman Həsənzadə

 

Sabir Rüstəmxanlı

 

Ədalət Nəsibov

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Teleaparıcı Dövlət Departamentinin mətbuat katibi oldu

24 Aprel 2017 21:05

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

24 Aprel 2017 21:05

Fələstin əsilli modelin dəbdəbəli ziyafət libasları - FOTOLAR

24 Aprel 2017 21:03

İbrahimoviç əməliyyat olunacaq

24 Aprel 2017 20:59

Kral oğlunu ABŞ-a səfir TƏYİN ETDİ

24 Aprel 2017 20:57

Azərbaycan Qazaxıstana Naftalan mazı ixrac edə bilər

24 Aprel 2017 20:52

Ürəyindən əməliyyat olunan azərbaycanlı məşhurdan SON XƏBƏR: 2 günə... - FOTO

24 Aprel 2017 20:52

Balıqların kütləvi tələfatının səbəbi məlum oldu - FOTO

24 Aprel 2017 20:48

Azər Axşamın başına torba keçirdilər... -

24 Aprel 2017 20:45

Dinlər heyvanlara toy edilməsinə necə baxır?

24 Aprel 2017 20:42

"Azərsığorta"nın filial direktorunun qətlinin şübhəlisi tutuldu

24 Aprel 2017 20:39

Lavrov: “Hədəf niyə yalnız Rusiyadır?”

24 Aprel 2017 20:38

Açıq-saçıq fotoları yayılan, məmurla sevgili olan cazibədar aktrisa: "Zəng edib yalvarırdı ki..." - FOTO

24 Aprel 2017 20:37

Məşhur aktrisa vəfat etdi

24 Aprel 2017 20:32

Gürcüstan prezidentinin qaynı həbs olundu

24 Aprel 2017 20:28

Tovuzda filial müdirinin qətlinin üstü açıldı - BAŞ MÜHASİB...

24 Aprel 2017 20:28

Nişanlısının yataq otağından şəkillər paylaşdı - FOTO

24 Aprel 2017 20:27

Azərbaycanda uşaq pornoqrafiyası yayanları

24 Aprel 2017 20:27

Röya qardaşının sevgilisindən danışdı: "Çağırdım qızı, gördüm çox..."

24 Aprel 2017 20:17

Veselin Topalov: "So kifayət qədər yaxşı oynadı" - FOTO

24 Aprel 2017 20:17

Tramp "soyqırım" demədi

24 Aprel 2017 20:14

Üsyançılar 24 polis əməkdaşını öldürdü - HİNDİSTANDA

24 Aprel 2017 20:13

İbrahimoviç zədəsi haqda danışdı

24 Aprel 2017 20:12

Uşaq pornoqrafiyasını yayanlara AĞIR CƏZA

24 Aprel 2017 20:05

Buz kimi havada "isti" - FOTOSESSİYA

24 Aprel 2017 20:05

“Şeytan ittifaqı”nın HƏDƏFİ, uzunsürən müharibəyə HAZIRLIQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

24 Aprel 2017 20:03

Tramp "soyqırım" demədi -

24 Aprel 2017 19:58

Hamilə qadın hamilə qaldı - QƏRİBƏ HADİSƏ

24 Aprel 2017 19:57

"Əmim oğlunun keçmiş arvadı ilə görüşürdüm" - Məhkəmədə BİABIRÇILIQ

24 Aprel 2017 19:52

Güclü külək şimal rayonlarında fəsadlar törətdib, evlərin, məktəblərin damı uçu

24 Aprel 2017 19:48

Ağcabədidə balıqlar kütləvi tələf olur - Səbəblər açıqlandı - FOTO

24 Aprel 2017 19:47

QHT-lər prezidentə müraciət edir

24 Aprel 2017 19:44

Tramp “Böyük fəlakət” dedi - SON DƏQİQƏ

24 Aprel 2017 19:43

"İslam Həmrəyliyi Oyunları İslamın həqiqi obrazını nümayiş etdirir"

24 Aprel 2017 19:42

Mahsun Kırmızıgülə DAHA BİR ŞOK

24 Aprel 2017 19:42

69 yaşlı qadın əməliyyat vaxtı sosial şəbəkədən çıxmadı

24 Aprel 2017 19:37

Prezident İlham Əliyev Ramiz Zöhrabovun ölümü ilə bağlı başsağlığı verdi

24 Aprel 2017 19:36

Peterburqda metro stansiyası bağlandı - Sahibsiz əşya

24 Aprel 2017 19:32

"Cabbarla mənə şər atdılar" - Könül Kərimova

24 Aprel 2017 19:32

Hindistanda 24 polis öldürüldü

24 Aprel 2017 19:29

Melaniya ögey qızına nifrət edir - Ağ Evdə QARŞIDURMA

24 Aprel 2017 19:28

Hamını yoldan çıxaran, anası lüt gəzən, atası bəlli olmayan, NİFRƏT EDİLƏN DAHİ

24 Aprel 2017 19:27

Hamilə Beyonse yeni fotolarını yaydı - FOTO

24 Aprel 2017 19:22

Tramp "erməni soyqırımı" ifadəsini işlətmədi, amma...

24 Aprel 2017 19:17

Messi hələlik 8-ci yerdədir

24 Aprel 2017 19:17

Premyer Liqa:

24 Aprel 2017 19:17

"Mənə perspektivi görmək lazımdı" - Roman Qriqoqrçuk

24 Aprel 2017 19:14

Lalə Məmmədovanın Nərgizi - FOTO

24 Aprel 2017 19:12

Afrika sevgisi yazıçını ölümlə üz-üzə qoydu

24 Aprel 2017 19:08

Bakıda istismar müddəti 50 il əvvəl bitən "ölüm evləri" - FOTO

24 Aprel 2017 19:05