Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniya Polşaya qarşı sanksiya tətbiq edə bilər

Almaniya Polşaya qarşı sanksiya tətbiq edə bilər

Date: 9 January 2016 22:17

Bakı. 9 yanvar. REPORT.AZ/ Almaniyada Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı blokunun nümayəndələri KİV haqqında qəbul olunan qanunla bağlı Polşaya qarşı sanksiyaların tətbiq olunacağını istisna etmir.
“Report” xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb.
“Əgər biz Avropa dəyərlərinin pozulduğunu görürüksə, Avropa İttifaqına üzv ölkələr cəsarət göstərib, sanksiya tətbiq etməlidir”, — deyə fraksiya rəhbəri Folker Kauder bildirib.
Polşa prezidenti Andjey Duda hökumətə ictimai tele-radio şirkətlərinə birbaşa rəhbər təyin etmək hüququ verən qanun imzalayıb.

Tags:  Almaniya Polşaya qarşı sanksiya tətbiq edə bilər

RƏYLƏR


Top news