Böhran Azərbaycan futbolunun inkişafına yol aça bilər

Böhran Azərbaycan futbolunun inkişafına yol aça bilər
22:32 9 Yanvar 2016
11 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanın futbol klublarına qənaətcil olmağı məsləhət görüb. Maliyyə-iqtisadi böhranın davam etdiyi bir vaxtda baş katibin məsləhəti yerinə düşür.

Nəzərə alaq ki, budəfəki qış fasiləsində Premyer Liqa klublarının yarısı xaricdə, əsasən də Antalyada ənənəvi təlim-məşq toplanışını təxirə salıblar, bir çox klublar isə hələ ki yeni oyunçu, xüsusilə də xaricdən transfer etməyiblər. Əksər klublar yalnız yerli klublardan yerli futbolçuların transferinə üstünlük verir.

Sözümüzə qüvvət kimi qeyd edək ki, qış fasiləsi dönəmində "Rəvan", "Xəzər Lənkəran", "Neftçi", "Kəpəz", "Qəbələ" və "Zirə" klubları hələ yeni oyunçu almayıblar. Digər klublar isə əsasən az sayda yerli futbolçu transfer ediblər. Ümumiyyətlə, builki qış transfer pəncərəsində xaricdən oyunçu alışının ötən mövsümlərlə müqayisədə xeyli az olacağı gözlənilir. Hər halda bunu əksər yerli klubların rəsmiləri də bəyan ediblər.

İlk baxışdan vəziyyət ürəkaçan görünmür, lakin cari böhran ölkədə futbolun, yerli idmançıların inkişafının xeyrinə ola bilər. Məlum məsələdir ki, təcrübə və fiziki hazırlıq məsələsində əcnəbi oyunçulara uduzan yerli futbolçuların bir çoxu daha çox ehtiyat skamyasında oturmağa məhkumdurlar. Lakin bir məsələ də var ki, futbolçu ehtiyat skamyasında oturmaqla inkişaf edə bilməz. Belə demək mümkünsə, böhran səbəbindən xaricdən oyunçu transferinin azalması yerli futbolçulara özlərini göstərmək baxımından yeni fürsət olacaq. Bundan sonrası isə futbolçuların özündən asılıdır.

Deməli, Azərbaycan futbolu bu vəziyyətdən yalnız qazana bilər, inkişaf edə bilər. Təbii ki, yerli, xüsusilə də gənc futbolçulara birdən-birə əsas heyətdə 90 dəqiqə oynamaq imkanı verilməsi klubların ilk vaxtlarda zəif çıxış etməsi ilə nəticələnə bilər. Lakin bu zəif çıxış yalnız ilk vaxtlarda özünü göstərə bilər. Əsas heyətdə davamlı çıxış edən edən gənc futbolçular tədricən özlərini daha yaxşı göstərə biləcəklər. Məhz belə olan halda gənc futbolçular arasında daha bacarıqlıları üzə çıxartmaq daha asan olacaq.

Təcrübə və müşahidələr göstərir ki, hər hansı idmanın, o cümlədən futbolun gələcək inkişafı yalnız gənc idmançıların bacarıqlarının artırılması sayəsində mümkündür. Gənc istedadlı futbolçuların daha çox yetişməsi isə bu gün böhran səbəbindən qənaət etmək məcburiyyətində qalan klubların gələcəkdə istisna edilməyən belə oxşar vəziyyətlərdən üzüağ çıxmasına səbəb olacaq. Axı Azərbaycan futbolu hələ də xaricə oyunçu "ixrac" edə bilmir, bu sahədə maliyyə qazana bilmir.

Şübhəsiz ki, xüsusilə son illərdə Azərbaycan futbolunun inkişafını qeyd etmək vacibdir. 2012-ci ildə "Neftçi"nin futbol tariximizdə ilkə imza ataraq Avropa Liqasının final mərhələsinə yüksəlməsi, daha sonra "Qarabağ"ın bu nailiyyəti təkrarlaması, 2015/2016-cı il mövsümündə "Qarabağ"la yanaşı, bu uğura "Qəbələ"nin də imza atması ölkədə klub səviyyəsində futbolun inkişafından xəbər verir. Yeni və daha güclü rəqiblərlə qarşılaşaraq Avrokubok təcrübələrini artıran Azərbaycan klublarının bu templə gedəcəkləri təqdirdə, nailiyyətlərini sıralayacağı qaçılmazdır. Lakin bunu əsasən yerli, gənc futbolçuların sayəsində həyata keçirməyin vaxtı çatıb.

İndiki şərait düzgün təhlil edilməli, müvafiq strategiya hazırlanmalıdır. Unutmayaq ki, futbol fiziki hazırlıqdan əlavə, bacarıq, istedad tələb edən idman növüdür. Və məhz bu bacarıqları inkişaf etdirməklə həm klub, həm də yığma səviyyəsində ölkə futbolunu inkişaf etdirmək, gələcəkdə xaricə oyunçu transferindən gəlir əldə etmək mümkündür. Böhrandan qorxmaq lazım deyil. Necə deyərlər: təsir əks-təsirə bərabərdir.

Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Kənan MM-in oğlu Naxçıvan ləhcəsində belə danışdı

30 Aprel 2017 19:06

İstanbulda müəmmalı qətl - Şirkət rəhbəri öldürüldü

30 Aprel 2017 19:05

Hovuz partisinə dərin dekoltedə yollandı - FOTO

30 Aprel 2017 19:05

Hipnoz haqqında qeyri-adi faktlar - Əslində hamımızı aldadırlar...

30 Aprel 2017 19:05

Range Rover Velar: ilk tüninq - FOTO

30 Aprel 2017 19:05

Bakıda mənzildə kişi cəsədi tapıldı

30 Aprel 2017 18:58

Türkiyəli məşhur müğənni Bakıda - FOTO

30 Aprel 2017 18:57

Bakıda mənzildən MEYİT TAPILDI

30 Aprel 2017 18:52

Bakıda mənzildə 38 yaşlı kişinin meyiti tapılıb

30 Aprel 2017 18:52

Daha bir uşaq binadan yıxıldı

30 Aprel 2017 18:52

İslamiada: Futbol millimizin yekun heyəti açıqlandı

30 Aprel 2017 18:49

Yevlaxda silah qumbarası tapıldı

30 Aprel 2017 18:47

104 cüt ayaqqabı oğurladılar - AĞDAŞDA

30 Aprel 2017 18:43

Hikmət Hacıyev: Bakı marafonu həmrəyliyin nümunəsi oldu

30 Aprel 2017 18:43

Marina Le Pen: "Fransa avrodan imtina etməlidir"

30 Aprel 2017 18:42

Çingiz 100 avtomobildən ibarət kortejlə həbsxanaya aparıldı

30 Aprel 2017 18:37

Belaruslu gimnastlar: Bakı bizə bol təəssürat bağışladı

30 Aprel 2017 18:36

Amerikaya turist vizasını necə almaq olar?

30 Aprel 2017 18:36

Prosineçki millidən gedir? - AFFA-dan AÇIQLAMA

30 Aprel 2017 18:32

Yevlaxda silah qumbarası tapılıb

30 Aprel 2017 18:29

Qadın həbsxanasında seksual cinayətlərin ŞOK FAKTLARI

30 Aprel 2017 18:28

Neymar dünyanın ən bahalı futbolçusu ola bilər

30 Aprel 2017 18:19

Bali adasının ən gözəl çimərlikləri - FOTOLAR

30 Aprel 2017 18:18

Aleyna Tilki estetik əməliyyatdan sonra - FOTO

30 Aprel 2017 18:12

"Atletico" 60 illik nəticəsini təkrarladı

30 Aprel 2017 18:12

Neymar bombası "partlayır"

30 Aprel 2017 18:11

Naringinin insanlara xeyri

30 Aprel 2017 18:08

Azərbaycanda nə qədər tələbə var?

30 Aprel 2017 18:05

“Qəbələ” rekordu təkrarladı

30 Aprel 2017 18:04

"Real" çempion olsa, "Malaga" 1 milyon avro qazanacaq

30 Aprel 2017 18:03

Bərdədə piyada yol qəzasında ölüb, sürücü qaçıb

30 Aprel 2017 18:02

Cocuq Mərcanlıda gün ərzində 1 867 qəlpə, 1 ədəd tank əleyhinə mina tapılıb (FOTO)

30 Aprel 2017 18:01

14 oyunluq həsrət başa çatdı – yenə eyni hesabla

30 Aprel 2017 17:59

Facebook-un gəlirləri AÇIQLANDI

30 Aprel 2017 17:57

Pitbul küçədə oynayan uşağı parçaladı - VİDEO

30 Aprel 2017 17:53

AFFA-nın baş katibi: "Prosineçkinin mövsümlərarası fasilədə xarici kluba keçmək ehtimalı yoxdur"

30 Aprel 2017 17:52

Tarixində 52-ci dəfə ölkə çempionu oldu

30 Aprel 2017 17:52

Şəhriyar Məmmədyarov ən güclü oldu

30 Aprel 2017 17:44

Anaları kimi ağlayırlar

30 Aprel 2017 17:44

Ölüb dirilən uşağın İNANILMAZ NİTQİ: "İsanın ovucunda qırmızı..." - FOTOLAR

30 Aprel 2017 17:43

Azərbaycan şou-biznesi İnstagramda - FOTO

30 Aprel 2017 17:37

Rusiyanın plus-size modeli ən yaxşılar sıyahısına düşdü

30 Aprel 2017 17:33

Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq

30 Aprel 2017 17:32

Ukrayna yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda

30 Aprel 2017 17:31

Daşkəsəndə aşkarlanan ət insan sağlamlığı üçün təhlükəlidir - RƏSMİ MƏLUMAT

30 Aprel 2017 17:23

4 nəfər güllələndi - Dəhşətli hadisə

30 Aprel 2017 17:22

"Latsio" "Roma"nı səfərdə məğlub edib

30 Aprel 2017 17:22

Piyada zolaqları ilə bağlı VACİB YENİLİK

30 Aprel 2017 17:19

Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq

30 Aprel 2017 17:16

Səfir: Rumın gimnastlar Milli Gimnastika Arenasında yaradılmış şəraitdən çox razıdırlar

30 Aprel 2017 17:15