Müdirlə eyni otaqda çalışmağın iş əmsalına təsiri

Müdirlə eyni otaqda çalışmağın iş əmsalına təsiri
22:47 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İşçilərlə rəhbərliyin eyni otaqda çalışmasının iş əmsalına təsirini araşdırmaq məqsədi ilə "The Journal of Management" araşdırma aparıb. İlk olaraq eyni ofisdə və eyni otaqda oturanların iş əmsalı təftiş olunub.

150 nəfərlik eksperimentdə iştirakçıların bir qisminə rəhbər, digər qisminə isə siravi işçi rolu tapşırılır. Bir müddət sonra məlum olur ki, ədalətsiz qərarlar qəbul edən və əmrlər verən rəhbərin yanında əyləşən işçinin özü eyni hərəkətləri həmkarlarına tətbiq edir.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, tədqiqat müəllifləri buna fiziki yaxınlıq effekti adı veriblər. Məsələn, kimsə gözünüzün qabağında başqasını incitsə, siz buna əsəbiləşəcəksiniz. Ancaq sizə danışsalar ki, küçədə biri başqasını döyüb, siz bundan o qədər də mütəəssir olmayacaqsınız.

Eksperimenti şərh edən psixoloqlar isə belə qənaətə gəliblər ki, əgər ədalətsiz birinin rəhbərliyi altında çalışırsınızsa onunla bir otaqda oturmayın: "Bu təkcə ədalətsizliyə görə deyil, eyni zamanda xarakteri ilə ayaqlaşa bilmədiyiniz, həftədə heç olmasa bir dəfə də olsun konflikt yaşadığınız rəhbərlərə də aiddir. Sizin işdəki barışa bilmədiyiniz mənfi aura sonradan sayənizdə inkişaf edir və kənara ötürülür".

Eksperiment zamanı müdirlə eyni otağı paylaşmağın işə mənfi təsir etdiyi məlum olub. Belə ki, işçilər sərbəst olmadıqları üçün nə özlərini komfortda biliblər, nə də gördükləri iş effektiv olub.

"Faydasından çox, ziyanı var"

Eksperiment barədə fikir bildirən psixoloqlar da rəhbərliklə əməkdaşların eyni otaqda oturmağa etiraz etməsinin ilk növbədə psixoloji faktorla əlaqəli olduğunu deyiblər.

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz psixoterapevt Nadir Əliyev deyir ki, işçilərin müdiriyyətlə bir otaqda çalışmasının ölkənin inkişafı və coğrafi şəraitlə də bağlılığı var: "Avropa ölkələrindən fərqli olaraq despozitiv qaydalarla böyümüş post-sovet respublikalarında müdir, hətta sıravi işçidən bir pillə yuxarıda dayanan şəxs belə bir növ başçı kimi qəbul edildiyi halda, inkişaf etmiş ölkələrdə bu, sadəcə vəzifəcə böyüklük kimi qavranılır. Bu isə cəmiyyətdəki qayda-qanunlarından və işçilərin xarakterindən asılı olaraq ya qəbul olunur, ya da narazılıqla qarşılanır".

Psixoloq deyir ki, rəhbərliklə bir yerdə çalışmağın bizim cəmiyyət üçün faydasından çox ziyanı var: "Biz toplum olaraq kompleksliyik. Psixoloji baxımdan gərginik, problemlərimizi büruzə verənik. Söhbət etməyi sevirik. Bu  saydıqlarımı isə eyni otağa daşımaq və digərlərini yükləmək olmaz".

Əhvalı yüksəldən arakəsmələr

Mütəxəssislərin fikrincə, birlikdə və ya bir-birlərini görəcək formada (şüşə arakəsməli ofislər) iş otaqları ötən əsrin 20-ci illərində antropoloq Elton Mayonun bir fikrindən sonra genişləndi. Onun nəzəriyyəsinə görə, belə yerdə işləmək əhval-ruhiyyəsi yüksək olan işçilərin iş əmsalını yüksəldir.

Bundan sonra bəzi biznesmenlər iş otaqlarını bəzən səs-küylü fabriklərin mərkəzinə belə yerləşdirməkdən çəkinmirdilər, işçilərlə bir masada yemək yeyir, bununla da onlarda ruh yüksəkliyi yaratdıqlarını düşünürdülər. Bu həm də sənayeləşmə dövründə işçilərə birbaşa nəzarəti gücləndirmək məqsədi güdürdü.

Bu və digər səbəblərdən yaxın keçmişdə rəhbər işçilərin sıravi əməkdaşlarla bir yerdə oturması dəb halını almışdısa, hazırda əks-tendensiya müşahidə edilməkdədir. Bu, əsasən informasiya, texnologiya və maliyyə sektoruna aid şirkətlərdə daha qabarıq müşahidə olunur. Çünki onlardan məlumatın sizması arzuolunmaz situasiyaya gətirib çıxarar.

İşçinin müdirə kondisioner güzəşti

Marketoloq Vüsal Qədirov da hesab edir ki, ofisdə işçilərin yerləşdirilməsinin iş əmsalına təsiri böyükdür: "Əvvəla, bu işin profilindən asılıdır. Götürək nəşriyyat işini. Bu profilli iş yerlərini həm sakit, həm də səs-küylü saymaq olar. Çünki ərazinin bir hissəsində dizaynerlər çalışır, onlar üçün sakitlik maksinun təmin olunmalıdır, digər tərəfdə isə dəzgahlar, çap aparatlarının səs-küyündən qulaq tutulur.

Bu mühit, təbii ki, işçiyə və bilavasitə onun gördüyü işə təsir etməyə bilməz. Odur ki, dizayner və digər zehni əməklə məşğul olanları sakit otaqda çalışmasına imkan yaratmaqla digərlərindən ayırmaq lazımdır".

Ekspertin sözlərinə görə, heç bir halda rəhbər şəxs işçilərlə eyni otağı paylaşmamalıdır: "Rəhbərin özünün otağı olmalıdır. Rəhbərin iş otağını əbəs yerə bütün şirkətin üzü hesab etmirlər. Məhz bu sahə ziyarətçilərdə firmanın biznes fəaliyyətinə nə dərəcədə ciddi yanaşdığı, iddiaların nə qədər böyük olması və rəhbərin gözəl zövqü haqqında təsəvvür yaradır.

Otaqda toplantılar keçirilir, vacib qərarlar qəbul edilir, müqavilə və sazişlər bağlanır. Kənardan adi görünən ciddi səbəblər tərəflər arasında nifrət yarada, işin keyfiyyətinə təsir edə bilər. Belə anlaşılmazlıqlar adətən, otağın temperaturu - kondisioner üstündə olur. Müdirlə eyni otaqda çalışmaq çox vaxt rəhbərin zövqünün xeyrinə olur ki, bu da çoxları tərəfindən müsbət qarşılanmır. Yəni az adam onun istəyinə qarşı çıxır.  Psixoloji və praktik olaraq rəhbərliyin otağı işçilərin çalışması üçün deyil".

Müsahibimiz deyir ki, "rəhbərin iş otağı" anlayışı kapitalizmin gətirdiyi yenilik deyil: "Rəhbərlərin ilk iş otağı bir neçə yüzilliklər əvvəl yaranıb. Şirkət sahibləri və cəmiyyətdə yüksək mövqe tutan insanlar iş yerlərinin ən yaxşı şəkildə təşkil olunmasına çalışırdılar və bununla belə öz müəssisələrinin imici haqqında düşünürdülər. Əvvəlcə belə məkanlar dəbdəbəsi və iri ağac mebeli ilə fərqlənirdisə, zaman keçdikcə klassik üslubu və bir qədər də sirli otaq təsiri bağışlayan yerləri "hi-tech" (hay tek) əvəz etdi. Bu isə hazırda rəhbərlərin iş otağının tərtib edilməsində yeni dəbi təbliğ edir".
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Başqasının mənzilinə icazəsiz girməyin - 2 min manat cərimə

25 Aprel 2017 08:44

Baş nazirin korteji qəza törətdi: bir ölü

25 Aprel 2017 08:43

Le Pen partiyasının işlərindən uzaqlaşıb

25 Aprel 2017 08:42

Xiaomi Mi Mix 2gəlir

25 Aprel 2017 08:42

ABŞ-da rusiyalı qadın güllələndi

25 Aprel 2017 08:37

Qondarma erməni soyqırımı: əsassiz iddialar və ermənilərin ifşa olunması

25 Aprel 2017 08:37

QALMAQAL! 16 yaşlı qız 2 futbolçu ilə... - FOTOLAR

25 Aprel 2017 08:37

Qahirədə Mursinin 20 tərəfdarı edam cəzası aldı

25 Aprel 2017 08:32

Samsung Galaxy S8 və S8+ satışa çıxarıldı

25 Aprel 2017 08:32

KİV: İraqda çöldonuzları İŞİD terrorçularını parçaladı

25 Aprel 2017 08:28

101 yaşlı idmançı 100 metrlik məsafəni qaşdı - FOTO

25 Aprel 2017 08:27

Duşan Popov - ikiqat casus

25 Aprel 2017 08:27

ABŞ-da atışma: azı 2 nəfər yaralanıb

25 Aprel 2017 08:22

Tənha dostların yarını tapmaq üçün əlavə yaradıldı

25 Aprel 2017 08:22

ABŞ-da yeni nazir təyinatı

25 Aprel 2017 08:18

Elton Con reanimasiyaya düşüb - FOTO

25 Aprel 2017 08:17

Tacikistanın qədim sakinləri: Lakay türkləri

25 Aprel 2017 08:17

ABŞ-ın yeni kənd təsərrüfatı naziri təyin edilib

25 Aprel 2017 08:17

Çilidə 7,1 bal gücündə zəlzələ olub

25 Aprel 2017 08:12

“Yandeks” onlayn tibbi xidmətlər göstərəcək

25 Aprel 2017 08:12

Dörd ilə insan beyni kompüterlə əlaqələndiriləcək

25 Aprel 2017 08:05

Goranboyda 4 otaqlı ev yanıb

25 Aprel 2017 08:05

Şimal qütbünü kim kəşf edib, Frederik Kuk, yoxsa Robert Piri?

25 Aprel 2017 08:05

101 yaşlı idmançıdan inanılmaz qələbə - VİDEO

25 Aprel 2017 08:03

Masazırda Kamaz Opel-ə çırpıldı: 3 yaralı - FOTO

25 Aprel 2017 07:57

5 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıblar - FOTO

25 Aprel 2017 07:52

Facebook dəri ilə “eşitməyə” kömək edəcək

25 Aprel 2017 07:52

Səhhətinizin vəziyyətini 1 DƏQİQƏYƏ ÖYRƏNİN - FOTO

25 Aprel 2017 07:48

Bakıda "təcili yardım"ın sürücüsü və tibb bacısı döyülüb - FOTO

25 Aprel 2017 07:47

iPhone 8-in çertyoju internetə sızdırılıb

25 Aprel 2017 07:47

Reallıq eynəyi cihazları əvəzləyəcək

25 Aprel 2017 07:37

Lüks velosiped - FOTO

25 Aprel 2017 07:32

Bütün qitələri gəzərək ov edən azərbaycanlı ovçu - VİDEO

25 Aprel 2017 07:28

Əlavə reallıq 18,5 milyard dollara çatacaq

25 Aprel 2017 07:27

Windows 10 üçün böyük yeniləmələr var

25 Aprel 2017 07:12

Robot çinlilərin üzünü qara çıxartdı

25 Aprel 2017 07:03

ABŞ Ukraynaya maliyyə yardımını azaldır

25 Aprel 2017 06:44

İspan gözəlin FOTOları

25 Aprel 2017 06:32

Dünya üzrə metronun qəribə sərnişinləri - FOTOLAR

25 Aprel 2017 06:28

ABŞ-da təyyarə qəzası: ölən və yaralanan var

25 Aprel 2017 06:09

Cici və Mert - FOTO

25 Aprel 2017 05:37

Cüdoçularımız vətənə qayıtdı - 5 medalla

25 Aprel 2017 05:28

Goranboyda 4 otaqlı ev yandı

25 Aprel 2017 05:04

Sorğu: Fransada seçkilərdə Makron qalib gələcək

25 Aprel 2017 04:44

Jozefin olduğu kimi - FOTO

25 Aprel 2017 04:32

ABŞ-da atışma - 2 yaralı

25 Aprel 2017 04:28

Almatıda metroda bomba həyəcanı

25 Aprel 2017 03:49

İranda 593 məhbus əfv edildi

25 Aprel 2017 03:33

Məşhur filmdəki otaq yenidən yaradıldı - FOTO

25 Aprel 2017 03:32

Azərbaycanlı "Eurovision" fanları İtaliya dedi -

25 Aprel 2017 03:25