BMW pilotsuz konsept təqdim edib - FOTO

BMW pilotsuz konsept təqdim edib - FOTO
22:57 9 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"BMW" şirkəti istehlakçı elektronika sərgisi "CES"-də pilotsuz "i Vision Future Interaction" avtomobilinin prototipini təqdim edib. Konseptual rodster "i8 Spyder"-ın bazasında yığılan yeniliyin məqsədi avtonom idarəetməli avtomobilin interyerinin necə görünməli olduğundan xəbər verir.

Milli.Az auto.az-a istinadən bildirir ki,  konsept-kar yeni nəsil proyeksiyalı displey alıb. Bu displey hərəkət sürətini, yolda sürət həddini göstərir, o cümlədən naviqasiya sistemi kimi istifadə edilir. Qabaq paneldə 21-düymlük böyük ekran var. Bu ekran yol şəraiti barədə məlumat göstərir. Tam avtonom rejimli hərəkətdə ondan internet üçün istifadə etmək olar, məsələn, filmə baxmaq.

"BMW i Vision Future Interaction" üç hərəkət rejiminə malikdir: "Pure Drive", "Assist Mode" və "Auto Mode". Birinci rejimdə idarəetməyə yalnız sürücü cavabdehdir, ikincidə köməkçi sistemlər işə düşür, bu zaman avtomobil bütün mümkün toqquşmalardan yayına bilər.

Tam avtomat rejimdə isə avtomobil özü hərəkət edir: elektronika sükan idarəetməsinə, akseleratora və əyləcə nəzarət edir. Bu halda sükanda göy rəngli işıqlar yanır. Avtomobilin idarəetməsini sürücünün götürməsi lazım olan yerdə isə bu işıqlar qırmızı rəngdə yanır. Bundan  əlavə, "CES"-də kupe "i8"-in bazasında yığılan prototip "i8 Mirrorless" də debüt edib.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR