Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı bacılar "O səs Türkiyə"ni oxumadan tərk etdilər

Azərbaycanlı bacılar "O səs Türkiyə"ni oxumadan tərk etdilər

Date: 9 January 2016 23:16

"O səs Türkiyə"nin ikinci mərhələsi fərqli formatda başlayıb.

Axşam.az-ın məlumatına görə, hər dəfəkindən fərqli olaraq bu dəfə münsiflər öz komandalarında olan iştirakçıları birbaşa məşq prosesində qiymətləndiriblər.

Yeni qaydalara görə, komanda rəhbəri 5 nəfər seçir. Məşq prosesində onları dinlədikdən sonra qərar verir. Beşlikdən biri birbaşa növbəti mərhələyə keçir. İkisi səhnəyə çıxaraq yarışır. Digər ikisi isə səhnəyə çıxmadan yarışmanı tərk edir.

İkinci turun ilk günündə yarışmanı səhnəyə çıxmadan tərk edənlər arasında Ebru Gündeşin komandasında olan Ofeliya və Flora bacıları da olub.

Cənubi Azərbaycandan olan iştirakçı Sara Koral isə birbaşa növbəti mərhələyə keçib.

Qeyd edək ki, Acun İlıcalının yarışmadakı yeni ideyası sosial şəbəkədə tənqid olunub. Tamaşaçılar bunun iştirakçılara qarşı hörmətsizlik olduğunu bildiriblər.


Tags:  Azərbaycanlı bacılar səs Türkiyəni oxumadan tərk etdilər

RƏYLƏR


Top news