Çətin işləri asanlaşdırar: "Qəmər” surəsinin fəzilətləri

Çətin işləri asanlaşdırar: "Qəmər” surəsinin fəzilətləri
23:22 9 Yanvar 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

"Qəmər" surəsi - Quranın 54-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 55 ayəsi vardır.

Milli.Az deyerler.org-a istinadən buildirir ki, Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: "Hər kim "Qəmər" surəsini günün ortasında oxuyarsa - Qiyamətə o halda daxil olar ki, üzü on dörd günlük ay kimi parlayar. Hər kim onu gecə oxuyarsa - daha yaxşıdır və Qiyamət günü o halda gələr ki, üzü ağlıqdan parlayar". (Tebyan)
İmam Sadiq (ə) bbuyurur: "Hər kim "Qəmər" surəsini oxuyarsa, Allah onu qəbrindən o halda çıxardar ki, behişt dəvələrindən birinə minmişdir".
Bu surənin bərəkətləri:
1. İnsanların arasında sevimli olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim cümə günü zöhr zamanı "Qəmər" surəsini yazar və onu əmmaməsinin altında qoyar və ya yanında qərar verərsə - insanların yanında sevimli və abırlı olar".
2. Çətin işlər asanlaşar. İmam Sadiq (ə) buyurur: "Əgər cümə gününün zöhründə "Qəmər" surəsini yazsanız və yanınızda qərar versəniz, Allahın izni ilə çətinlik asanlaşar".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR