İngilis savaşı böyüyür

İngilis savaşı böyüyür
23:26 9 Yanvar 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümün sonunda "Bavariya"dan ayrılacaq Xosep Qvardiolanın yeni iş yeri hələ bəlli deyil.

ANS PRESS-ə verilən məlumata görə, onun uğrunda 3 ingilis klubunun - "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi"nin mübarizə apardığı deyilir.

İspan mütəxəssisə illik 25 milyon avro maaş (42 milyon 522 min 500 manat) və limitsiz transfer xərci təklif edən "Mançester Siti"nin bu yarışda bir addım öndə olduğu bildirilirdi. Amma Joze Mourinyonu istefaya göndərib komandanı mövsümün sonunadək Quus Hiddinkə tapşıran "Çelsi" geri çəkilmək niyyətində deyil. Məlumata görə, klubun rusiyalı sahibi Roman Abramoviç Qvardiolaya "Mançester Siti"nin təklifi ilə rəqabət apara biləcək bir təkliflər paketi ilə müraciət etməyə hazırlaşır.


Manuel Peleqrini - məşqçi

“Pep Qvardiola 100% “Mançester Siti”nin baş məşqçisi olacaq”. Bu barədə "Sky Sport Germany" məlumat yayıb. “Bavariya”nın baş məşqçisi Qvardiolanın yayda ingilis klubuna keçməsi artıq dəqiqləşib: “Biz əminik ki, Pep Qvardiola bu yay “Mançester Siti”nin baş məşqçisi olacaq”. Bir müddət öncə Pep “Bavariya”dan ayrılacağını bildirib. Lakin o, hansı kluba keçəcəyini deməyib.

"Mançester Siti"nin hazırkı baş məşqçisi Manuel Peleqrinidir. "Şəhərlilər" İngiltərə çempionatında lider "Arsenal"dan 3 pillə geriləyərək 3 yerdə qərarlaşıb.



Qvardiola 2013-cü ildə “Bayern Münhen”in baş məşqçisi olub. Komanda ilə 2 dəfə Almaniya çempionu olub. Almaniya kuboku, UEFA-nın super kuboku və klublar arası Dünya çempionu olub."Bavariya" Almaniya çempionatında 1-ci yerdədir. Komanda 17 oyuna 46 xal tolayıb. çempionlar liqasında 1/8 final mərhələsində "Arsenal" klubu ilə qarşılaşacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR