Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Veteran futbolçumuz dəfn olundu - FOTOLAR

Veteran futbolçumuz dəfn olundu -   FOTOLAR

Date: 9 January 2016 23:27

“Neftçi”nin dünyasını dəyişən veteran futbolçusu Valeri Hacıyev bu gün son mənzilə yola salınıb. Fanat.az xəbər verir ki, dəfn mərasimi Bakıxanov qəsəbə qəbiristanlığında keçirilib. 


Mərasimə AFFA rəhbərliyi, veteran futbolçular və futbol ictimaiyyətinin digər tanınmış simaları ilə yanaşı, "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev başda olmaqla, klubun rəsmiləri, məşqçi və inzibati heyəti də qatılıb. 


Qeyd edək ki, Valeri Hacıyev uzun sürən xəstəlikdən sonra yanvarın 8-də 75 yaşında ikən vəfat edib. V.Hacıyev "Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanan heyətində yer alıb. O, baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında çalışıb.


Fanat.az







Tags:  Veteran futbolçumuz dəfn olundu FOTOLAR


RƏYLƏR


Top news