Özünü öldürən Bakı sakinin kimliyi bəlli oldu

Özünü öldürən Bakı sakinin kimliyi bəlli oldu
23:37 9 Yanvar 2016
143 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında imkansızlıqdan Bakının Müşfiqabad qəsəbəsində intihar edən gəncin kimliyi bəlli oldu.

Milliö.Az anspress-ə istinadən bildirir ki, özünə qıyan gənc Anar Nurəddin oğlu Həsənov olub. Onun əslən Gədəbəyin Arıqıran kəndindən olduğu bildirilir. Göyçə mahalının Babacan kəndinə də qohumluğu çatır. Gəncin bu səhər qohumlarına zəng edərək hallallıq istədiyi bildirilir.
30 yaşlı şəxs qəsəbə ərazisində yerləşən kanalizasiya sularından yığılmış gölməçədə intihar edib. Adının Anar olduğu bildirilən şəxs maşını ilə birgə gölməçəyə girib. Onun avtomobili tapılsa da, özünün axtarışları davam edir.
Hadisə günorta saat 3 radələrində baş verib. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisə yerinə gələn Anarın qohumları onun bu addımı imkansızlıqdan atdığını bildirib. Deyilənlərə görə, Anarın həyat yoldaşı xəstə olub və onun müalicəsinə pul tapa bilməyən gənc intihara yol tutub.
İlkin ehtimal kimi Anarın müəyyən miqdarda borcu olduğu, buna görə belə bir addıma əl atdığı bildirilir. Faktla bağlı hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR