Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Niva” gölə düşdü: sürücü boğulub öldü

“Niva” gölə düşdü: sürücü boğulub öldü

Date: 10 January 2016 00:04

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində gölə “Niva” markalı minik avtomobilinin düşməsi barədə məlumat daxil olub. Dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər suda batmış 1988-ci il təvəllüdlü Anar Nurəddin oğlu Həsənovun cəsədini və avtomobili batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.  


Tags:  Niva gölə düşdü sürücü boğulub öldü

RƏYLƏR


Top news