Türkiyə Azərbaycana viza tətbiq etməyəcək

Türkiyə Azərbaycana viza tətbiq etməyəcək
00:05 10 Yanvar 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-ci il iyunun 1-dən Türkiyənin 89 ölkə ilə viza rejiminin qaytarılacağı barədə məlumat əsassızdır. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin Avropa İttifaqı işləri naziri Volkan Bozkır deyib.

"Biz çalışırıq ki, vətəndaşlarımız 2016-ci ilin oktyabr ayından Şengen zonası ölkələrinə vizasız səfər edə bilsinlər və bu istiqamətdə də işi davam etdiririk. Bu məlumat həqiqətə uyğun deyil. Səlahiyyətli orqanlarının bəyanatlarına etibar etmək lazımdır", deyə Bozkır bildirib.

Qeyd edək ki, daha öncə Türkiyənin bir sıra KİV-ləri məlumat yaymışdılar ki, 2016-cı ilin iyun ayından etibarən Avropa İttifaqının tələbinə əsasən Türkiyə Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejimi tətbiq edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/396648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR