İlham Əliyev nekroloq imzaladı

İlham Əliyev nekroloq imzaladı
00:06 10 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İlham Əliyev İlyas Umaxanov haqqında sərəncam imzaladı (27 Mart 2017 13:48)
İlham Əliyev yeni nazirliyə rəhbər TƏYİN ETDİ (13 Fevral 2017 14:32)

Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət xadimləri, habelə mədəniyyət xadimləri xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Axşam.az-ın məlumatına görə, həmin nekroloqda deyilir:

“Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) 2016-cı il yanvarın 9-da ömrünün 66-cı ilində vəfat edib.

Zəlimxan Yaqub 1950-ci il yanvar ayının 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. O, 1967-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə daxil olub və 1972-ci ildə ali təhsilini başa vurub.

Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə 1973-cü ildən “Azərkitab” sistemində müxtəlif vəzifələrdə işləməklə başlayan Zəlimxan Yaqub 1975–1982-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində redaktor, şöbə müdiri, 1982–1992-ci illərdə isə “Yazıçı” nəşriyyatının poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Onun qəhrəmanlıq ruhu, vətənpərvərlik hissi, azərbaycançılıq məfkurəsi ilə aşılanmış əsərləri əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.

Dilimizin bütün çalarlarından və tükənməz imkanlarından faydalanaraq yazılmış şeirləri şairin poetik təfəkkürünün məhsulu kimi öz xəlqiliyi, rəvanlığı, milli koloriti ilə səciyyələnir və böyük təsir gücünə malikdir. Zəlimxan Yaqubun tarixi şəxsiyyətlərə həsr etdiyi poemaları yaradıcılığının zirvəsini təşkil edir. Onun “Əbədiyyət dastanı” poeması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş əsərlər arasında xüsusi yer tutur.

Zəlimxan Yaqubun aşıq yaradıcılığını dərindən bilməsi və onu bütün incəlikləri ilə qavraması şeirlərinin lirizmini daha da qüvvətləndirib. Poeziyasının dilinə xas olan şeiriyyat və axıcılıq Zəlimxan Yaqubun əsərlərinə bəstəkar və aşıqların müraciət etmələri üçün zəmin yaradıb.

Şairin əsərləri bir çox dillərə tərcümə olunub və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif ölkələrdə keçirilən poeziya gecələrində Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib. Onun yaradıcılığının Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təzahürüdür.

Zəlimxan Yaqubun ictimai fəaliyyəti də səmərəli olub. O, 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin inkişafında və təbliğində böyük əmək sərf edib. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.

Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Zəlimxan Yaqubun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

İsa Həbibbəyli

Anar Rzayev

Rafael Hüseynov

Fikrət Qoca

Söhrab Tahir

Nəriman Həsənzadə

Sabir Rüstəmxanlı

Ədalət Nəsibov”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tillerson: "İran ABŞ üçün ciddi təhlükədir"

28 Aprel 2017 06:28

Məşhur model Türkiyə vətəndaşı oldu

28 Aprel 2017 06:14

Bundestaq çadraya qismən qadağanı dəstəklədi

28 Aprel 2017 06:04

Tramp Şimali Koreya ilə böyük müharibənin baş verə biləcəyini bildirib

28 Aprel 2017 06:02

Bakıda dərsə gedən 3 məktəbli qəzaya düşərək xəsarət alıb

28 Aprel 2017 05:47

Yeni buz planet kəşf olundu

28 Aprel 2017 05:33

Şimali Koreya Ağ evin şərti olaraq məhv edilməsi ilə bağlı video yayıb

28 Aprel 2017 05:07

Londonda antiterror əməliyatı: 4 nəfər tutuldu

28 Aprel 2017 05:04

Bakıda gənc oğlan söyüş üstündə bıçaqlanıb

28 Aprel 2017 04:52

Polis Günayın keçmiş ərini saxladı

28 Aprel 2017 04:49

ABŞ üçün əsas təhlükəli ölkә açıqlandı

28 Aprel 2017 04:39

Rusiya bu ölkəyə 200 helikopter satacaq

28 Aprel 2017 04:14

"Türkiyə ABŞ hərbçilərinin həyatı üçün ciddi təhlükə yaradıb" -

28 Aprel 2017 03:41

Yaponiya siyasətçiləri Kurilə səfər edəcəklər

28 Aprel 2017 03:34

Mançester derbisində qol səsi çıxmadı

28 Aprel 2017 03:23

Səhv şəkil paylaşdı, cəzalanacaq

28 Aprel 2017 03:19

Şimali Karolinada vertolyot evin üzərinə düşüb, yaralananlar var

28 Aprel 2017 03:12

Reks Tillerson İranı ABŞ üçün ciddi təhlükə adlandırıb

28 Aprel 2017 03:02

Lavrov-Tillerson görüşü baş tuta bilər

28 Aprel 2017 02:49

Suriya ordusu Palmira yaxınlığındakı iri qaz yatağını azad edib

28 Aprel 2017 02:42

ŞOK QƏRAR: Antalyada alkoqollu içkilər qadağan edilir

28 Aprel 2017 02:39

Mançester derbisində qalib müəyyənləşmədi

28 Aprel 2017 02:31

Narkomafiya lideri tutuldu

28 Aprel 2017 02:19

"Mançester Siti" və "Mançester Yunayted" İngiltərə çempionatında heç-heçə edib

28 Aprel 2017 02:17

Ağacda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

28 Aprel 2017 02:04

Uşaqda fərasətə bax:

28 Aprel 2017 01:55

Fransada 300-dən çox şagird zəhərləndi

28 Aprel 2017 01:49

Rusiyanın problemi var: rus dili müəllimləri çatışmır

28 Aprel 2017 01:43

Makedoniya parlamentinin deputatları binadan təxliyə olunur

28 Aprel 2017 01:27

Shamkir Chess 2017:

28 Aprel 2017 01:27

Makedoniya parlamentinə basqın: müxalifət lideri döyüldü

28 Aprel 2017 01:09

Meksika polisi "xaç atası"nı həbs etdi

28 Aprel 2017 01:08

Berlində həyəcanlı dəqiqələr:

28 Aprel 2017 00:58

Gözəlliklə incəsənətin inanılmaz vəhdəti - Dəyişkən ruhlu qadınlar - FOTOLAR

28 Aprel 2017 00:53

Şahmatçılar futbol oynadılar -

28 Aprel 2017 00:45

Türkiyə-Suriya sərhədində insident olub

28 Aprel 2017 00:29

İsrail Suriyadan gələn təyyarəni vurdu

28 Aprel 2017 00:26

Makedoniyada etirazçılar parlament binasına daxil olublar

28 Aprel 2017 00:22

ABŞ-dan Türkiyəyə xəbərdarlıq

28 Aprel 2017 00:18

Vaşinqton: Türkiyə zərbələri ilə ABŞ hərbçiləri üçün təhlükə yaradıb

28 Aprel 2017 00:14

Astroloji proqnoz - 28 aprel

28 Aprel 2017 00:08

İŞİD-dən ABŞ-a zərbə:

27 Aprel 2017 23:55

Dövlət Departamenti: Türkiyənin İraqdakı hərəkətləri Amerika hərbçilərinin həyatını təhlükə altında qoyub

27 Aprel 2017 23:52

Referendumun nəticələri təsdiqləndi

27 Aprel 2017 23:43

Rostropoviç festivalı başa çatdı

27 Aprel 2017 23:39

Türkiyənin Ali Seçki Şurası referendumun yekun nəticələrini təsdiq edib

27 Aprel 2017 23:37

"Kara Sevda"nın Nihanı sevgisini dodağına yazdırdı

27 Aprel 2017 23:37

"Yadplanetli" həbs olundu

27 Aprel 2017 23:34

Gənc qızın qorxunc taleyi

27 Aprel 2017 23:30

Qəbələdə su festivalı keçirildi - FOTOLAR

27 Aprel 2017 23:28