"Qəbələ" Azərbaycanı tərk edir

"Qəbələ" Azərbaycanı tərk edir
00:42 10 Yanvar 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XVIII turunun “Qarabağ”la matçından (1:1) sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verir. Fanat.az xəbər verir ki, təlim-məşq prosesi Türkiyədə baş tutacaq komanda bu gün qonşu ölkəyə yollanacaq. 


“Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Toplanış yanvarın 27-nə kimi davam edəcək. Hazırlıq müddətində “qırmızı-qaralar” Antalyanın Belek bölgəsindəki “Gloria Sereniti” otelində məskunlaşacaq. 


Bu müddətdə “Qəbələ” qardaş ölkədə 3 yoldaşlıq oyunu keçirəcək. Roman Qriqorçukun yetirmələrinin ilk rəqibi “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra “Qəbələ” ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də baş tutacaq son yoxlama matçında "Qəbələ" Ukrayna təmsilçisi “Dnepr”lə görüşəcək.


Qeyd edək ki, Premyer Liqanın ilk iki dövrəsində keçirdiyi 18 oyunda 28 xal toplayan “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2016-cı ilin ilk rəsmi matçını yanvarın 30-da keçirəcək komanda XIX turda “Kəpəz”lə qarşılaşacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-azrbaycan-trk-edir-t46686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR