Qısa ətəyin yaradıcısı vəfat etdi

Qısa ətəyin yaradıcısı vəfat etdi
00:46 10 Yanvar 2016
61 Şou
Ölkə mətbuatı
A- A+

Fransada qısa ətəyin yaradıcısı kimi tanınan modelyer Andre Kurrej vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, modelyer 93 yaşında yuxuda ikən dünyasını dəyişib.

Kurrej uzun müddət parkinson xəstəliyindən əziyyət çəkib.

Kurrej Parisə Po şəhərindən gəlib. O, 11 ildən sonra həyat yoldaşı ilə şəxsi “Courreges” moda evini təsis edib. Beləcə, Andre qadın geyimlərində yeni tərz yaradıb. Bir müddət sonra modelyer səhmlərini Yaponiya şirkətinə satıb. Bir müddət sonra şirkət onun işlərinə müdaxilə edib. Bununla barışa bilməyən Kurrej moda sahəsindən uzaqlaşıb və rəssamlıqla məşğul olmağa başlayıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR