Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ölkədə heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı müalicə-profilaktiki, epizootik tədbirlərə başlanılıb

Ölkədə heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı müalicə-profilaktiki, epizootik tədbirlərə başlanılıb

Date: 10 January 2016 00:47

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən təsdiq edilmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq cari ilin müalicə və profilaktiki, epizootik tədbirlərin aparılmasına start verilib.

Nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Report”a verilən məlumata görə, bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında isə brusellyoza görə serioliji müayinələrin aparılması məqsədi ilə qanalma tədbirlərinə başlanılıb.

Xidmət əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanların müalicə və profilaktiki, epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət olunsun, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti epizootik tədbirlər planında nəzərdə tutulan xəstəliklərin profilaktikası üçün peyvənd vasitələri ilə yerli baytarlıq idarələrini təmin etməklə lazımi nəzarət tədbirlərini həyata keçirir.

Tags:  Ölkədə heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı müalicə-profilaktiki epizootik tədbirlərə başlanılıb

RƏYLƏR


Top news