Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bozkır: "Viza rejimini yalnız Aİ-yə üzv olduqdan sonra tətbiq edə bilərik"

Bozkır: "Viza rejimini yalnız Aİ-yə üzv olduqdan sonra tətbiq edə bilərik"

Date: 10 January 2016 02:04

Türkiyənin 2016-cı ilin iyunun 1-dən etibarən Aİ üzvü olmayan 89 ölkəyə viza rejimi tətbiq edəcəyi ilə bağlı KİV-də yayılan məlumatlar  həqiqəti əks etdirmir. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Aİ məsələləri üzrə naziri Volkan Bozkır “Tvitter” səhifəsində bildirib.

 

Onun sözlərinə görə, XİN bununla bağlı bəyanat da yayıb: “Biz üçüncü ölkələrə viza rejimini yalnız Aİ-yə üzv olduqdan sonra tətbiq edə bilərik”.  

 

“Bizim məqsədimiz vətəndaşlarımızın 2016-cı ilin oktyabrından Şengen zonası ölkələrinə vizasız səfər etməsini təmin etməkdir. Biz bu istiqamətdə işləri davam etdiririk. Bu, mənbəyi məlum olmayan xəbər isə həqiqəti əks etdirmir. Səlahiyyətli qurumların bəyanatlarına etibar etmək gərəkdir”, deyə  Volkan Bozkır qeyd edib.    

 

Qeyd edək ki, Türkiyə mətbuatı Avropa İttifaqı ilə imzalanan viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb.


Tags:  Bozkır Viza rejimini Aİ-yə üzv olduqdan sonra tətbiq edə bilərik

RƏYLƏR


Top news