Nüvə qəzasının qarşısı alındı (VİDEO, FOTO)

Nüvə qəzasının qarşısı alındı (VİDEO, FOTO)
02:06 10 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-nın Montana ştatında xoşbəxtlik nəticəsində dəhşətli partlayışın qarşısı alınıb.

ANS PRESS-in məlumatına görə, ani diqqətsizlik nüvə döyüş başlığı aparan yük maşınının partlaması ilə nəticələnə bilərdi.
Hadisənin təsadüfi şahidi olmuş şəxs baş verənləri telefonun kamerasına köçürə bilib.



Kadrlardan görünür ki, hərbi zirehli avtomobillərin konvoyunun müşaiyəti ilə aparılan təhlükəli yük az qala qəza ilə nəticələnə bilərdi. Nüvə döyüş başlığı aparan yük maşınını arxadan gələn hərbi maşın vurur.



Ehtimal ki, zirehli avtomobilin sürücüsünün vaxtında əyləci basması dəhşətli partlayışın qarşısı alınıb. Yük maşını dayanmadan hərəkətini davam etdirir.

Şahidin şərhində polisin onu görməsi nəticəsində ona çəkiliş aparmağa mane olmağa çalışdığı qeyd olunub.


Hadisə baş verən ərazi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR