Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​“CinemaPlus”da Tarantinonun 8-ci filminin təqdimatöncəsi nümayişi keçirilib

​“CinemaPlus”da Tarantinonun 8-ci filminin təqdimatöncəsi nümayişi keçirilib

Date: 10 January 2016 02:42

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “CinemaPlus” 6 yanvar tarixində Kventin Tarantinonun “Mənfur Səkkizlik” filminin dünya premyerasından 7 gün öncə qapalı təqdimatını keçirib.
“Report” xəbər verir ki, təqdimat zamanı kinoteatrda “Vəhşi Qərb” ab-havası hökm sürürüb, furşet təşkil olunub.
Tədbirin yadda qalan hissəsi, kovboy üslubunda rəqs quruluşu - şou proqramı olub. Şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri təşkilatların sahibkarları həmin axşamın qonaqları olublar.
“Adının və loqotipinin dəyişdirilməsi təkcə Bakı ərazisində deyil, həm də Azərbaycanın regionlarında da yeni kinoteatrların açılması və inkişafı üçün təməl olacaq. Həmçinin bütün kinoteatrları bir brend altında birləşdirməyə kömək edəcək”, deyə “CinemaPlus” kinoteatrının baş direktoru Zaur Darabzadə filmin nümayişindən öncə qeyd edib.
“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” keçən ay adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.
http://cinemaplus.az/ru/news/azrbaycann-premium-ki...
















Tags:  CinemaPlusda Tarantinonun 8-ci filminin təqdimatöncəsi nümayişi keçirilib

RƏYLƏR


Top news