Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Göyçayda suvarma arx və kanalları lil və çöküntülərdən təmizlənir

Göyçayda suvarma arx və kanalları lil və çöküntülərdən təmizlənir

Date: 10 January 2016 02:48


Göyçay, 10 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda əkin sahələrinin suvarılması və yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə arxların lil və çöküntülərdən təmizlənməsi işləri davam etdirilir.
Rayon suvarma sistemləri idarəsindən AZƏRTAC-a bildiriblər ki, Göyçay şəhərinin daxili arxları lil və çöküntülərdən təmizlənib və bu istiqamətdə işlər davam etdirilir. Bu işlərə rayon suvarma sistemləri idarəsinin 5 ədəd müxtəlif təyinatlı texnikası cəlb olunub. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə Göyçay çayında sahilbərkitmə işləri də davam etdirilir. Rayonda mövcud olan 26 min 400 hektar əkin sahəsinin suvarma suyuna olan təlabatı əsasən Göyçay çayı, Yuxarı Şirvan kanalı və Yekəxana gölü vasitəsilə ödənilir. Rayon ərazisində su arxlarının uzunluğu 1700 kilometrdir ki, bunun 245 kilometri beton, 1455 kilometri isə topraq kanallardı. Həmin su kanallarında isə 1800 ədəd hidrotexniki qurğu var. Hazırda həmin qurğular təmir olunaraq tam işlək vəziyyətə gətirilir.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, torpaqların münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi tədbirləri çərçivəsində kəndlərdəki kollektor-drenaj şəbəkələrinin 35,3 kilometrlik hissəsi və 162 kilometr uzunluğunda suvarma arxları lil və çöküntülərdən təmizlənib və arxların su ötürmə qabiliyyəti yaxşılaşdırılıb. Hazırda suvarma kanallarında və təsərrüfatdaxili arxlarda su itgisinin qarşısının alınması üçün lildən təmizləmə işləri davam etdirilir. Bunun üçün kəndlərdə 10 ədəd müxtəlif təyinatlı texnika çalışır. İdarədən bildirilib ki, son aylarda kəndlərdə görülən bu işlər onu deməyə əsas verir ki, yay mövsümündə Göyçayda quraqlıq olsa da əkin sahələrinin suvarma suyuna olan təlabatı lazımi səviyyədə ödəniləcək.


Tags:  Göyçayda suvarma arx kanalları lil çöküntülərdən təmizlənir


RƏYLƏR


Top news