Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Abşeron ərazisində 4 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb

Abşeron ərazisində 4 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb

Date: 10 January 2016 04:02

Bakı. 10 yanvar. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Xidmətdən “Report”a verilən məlumata görə, kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən DBNX ardıcıl olaraq bu istiqamətdə reydlərini davam etdirir.

DBNX yanvarın 9-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini, icarədar olan Sərdar Şıxəliyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirib. Reyd Daxili İşlər Nazirliyinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılıb.

Reyd nəticəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skilletləri aşkar olunub.

Mənşəyi məlum olmayan həmin heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

DBNX bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və bu işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək.

Tags:  Abşeron ərazisində tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb

RƏYLƏR


Top news