Dəm qazı daha bir can aldı - Hacıqabulda

Dəm qazı daha bir can aldı - Hacıqabulda
04:14 10 Yanvar 2016
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə  Hacıqabul rayonunun  Muğan kəndində, gecə saat 3.00 radələrində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ağayeva Zümrüd Fərhad qızı hamamda dəm qazından boğularaq ölüb. 

 

Ölüm faktı Hacıqabul rayon təcili yardım stansiyasının həkimləri tərəfindən təsdiqlənib.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR