"Barselona" darmadağınında Arda izi (VİDEO, FOTO)

"Barselona" darmadağınında Arda izi (VİDEO, FOTO)
04:16 10 Yanvar 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının 19-cu turunda "Qranada"nı qəbul edən "Barselona" rəqibini 4:0 hesabı ilə darmdağın edib.

ANS PRESS-in məlumatına görə,Türkiyə millisinin üzvü Arda Turan ikinci matçında məhsuldar ötürmə ilə yadda qalıb.

Argentinalı ulduz Lionel Messinin het-trik etdiyi görüşdə "Barcelona"nın digər qoluna Neymar imza atıb. Messi 8, 14, 58 =-ci dəqiqələrdə fərqlənib. 83-cü dəqiqədə Neymar yekun nəticəyə imza atıb.

"Nou Camp" da keçirilən matçda Arda Turan İnyestanın yerinə ilk 11-də meydana çıxıb. Arda 8-ci dəqiqədə Messinin ilk qoluna assisentlik edib. 71-ci dəqiqədə "Barcelona" azarkeşlərinin ayaq üstdə alqışladığı Arda Adrianoyla əvəzlənib.










Qarşılaşmanın videoicmalı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR