Müdafiə naziri: İranla müharibə fəlakət olar

Müdafiə naziri: İranla müharibə fəlakət olar
05:01 10 Yanvar 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı və İran arasında müharibə baş verərsə, bu, regionda böyük bir fəlakətin başlanğıcı olacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı müdafiə naziri, şahzadə Məhəmməd bin Salman "Economist" jurnalina müsahibəsində deyib.

Nazir ötən həftə şiə din xadimi Nimr Bakir əl-Nimr ilə yanaşı 46 nəfərin edam edilməsindən və Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndəliklərinə edilən hücumlardan sonra iki ölkə arasında gündən günə artan gərginlik haqqında danışıb.

Məhəmməd bin Salman "iki ölkə arasında müharibə mümkündürmü" sualına belə cavab verib: "Biz bu barədə heç düşünmürük və müharibənin olması üçün çalışan varsa, onun ağlı başında deyil".

İranla müharibə ehtimalının olmadığını bildirən şahzadə bəyan edib ki, əgər müharibə baş verərsə, bu, bölgədə böyük fəlakətin başlanğıcı olar.


Məhəmməd bin Salman - Səudiyyə Ərəbistanı müdafiə naziri

Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlığı Şurası (FKƏÖƏŞ) isə bəyan edib ki, İran tərəfindən düşmən addımlarının atılacağı təqdirdə əlavə tədbirlər görüləcək. FKƏÖƏŞ XİN rəhbərləri Səudiyyə Ərəbistanının Tehran və Məşhəddəki diplomatik missiyalarına hücumlara görə məsuliyyəti İran hökumətinin üzərinə qoyublar.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR