Dünyanın 1 nömrəli narkobaronunun oğlanları hökuməti hədələdi

Dünyanın 1 nömrəli narkobaronunun oğlanları hökuməti hədələdi
05:56 10 Yanvar 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir qədər əvvəl həbs olunan "El Çapo" ləqəbli narkobaron Xoakin Qusmanın oğlanları hökuməti təhdid edib.

ANS PRESS-in məlumatına görə, Alfredo Quzman və İvan Arçivaldo Qusman "tvitter" səhifəsi vasitəsi ilə hökumətə ünvanladıqları xəbərdarlıqda bu sözləri qeyd ediblər:

“Siz nə etdiyinizi və başınızı hansı bəlaya soxduğunuz bilmirsiniz. Mənimlə ədalətli davransanız, mən də müqəddəs insan olaram. Əks halda, mən zəhərəm və hökumət Qusmanları tanıyacaq”.

Meksika mediyası "tvitter" səhifələrinin Qusmanlara aid olduğunu təsdiqləyib. Hər iki səhifənin 250 mindən çox təqibçisi var.


Xoakin Qusman həbs edilərkən

El Çapo dünyanın axtarışda olan ən nüfuzlu cinayətkarlarından hesab olunur. Onun Sinaloa adlı narko-karterli ABŞ-a qanunsuz yolla kokain, heroin və metamfetamin kristalları ixrac edən əsas cinayətkar halqa olub.

O, həbsxananın hamamında qazılmış 1.5 km uzunluqlu tunellə qaça bilmişdi. İyuldakı sensasiyalı qaçışı onun həbsdən ilk qaçışı olmayıb.

İkinci qaçışından sonra ABŞ höküməti onun yaxalanmasında maraqlı olduğundan, olduğu yer barədə məlumat verənə 5 milyon dollarlıq mükafat vəd etmişdi.

Quzmanın Amerika həbsxanasına ekstradisiyası gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR