Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa Məhkəməsi miqrantların qul kimi işlədilməsi məsələsinə baxacaq

Avropa Məhkəməsi miqrantların qul kimi işlədilməsi məsələsinə baxacaq

Date: 10 January 2016 06:19

Avropa İnsan Haqları Məhkəməsi yanvarın 20-dən sonra Banqladeşdən olan 42 miqrantın Yunanıstan barədə şikayətinə baxacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, miqrantlar  Yunanıstanın insan haqlarının qorunması haqqında Avropa Konvensiyasının 4-cü  maddəsini (quldarlığın və məcburi əməyin qadağan olunması)  pozduğunu iddia edirlər.  

 

“Yunanıstana qarşı bu maddə üzrə işə ilk dəfə baxılır və məcburi əməklə bağlı  bu cür miqyaslı hadisə Avropa səviyyəsində ilk dəfə danışılır. Dörd beynəlxalq hüquq müdafiəsi təşkilatı və bir akademik fondu bu iddianı dəstəkləmək niyyətindədir. Yunanıstan hökuməti yanvarın 20-dək  Avropa Konvensiyasının 4-cü  maddəsinin pozulmasına dair öz fikirlərini  təqdim etməlidir”, deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, iddiaçılar Yunanıstanın Peloponnes bölgəsində çiyələk plantasiyalarında çalışıblar. 2013-cü ilin aprelində yarım il əməkhaqqı almayan 200-dək banqladeşli və pakistanlı miqrant  etiraz aksiyası keçirib. Lakin nəzarətçilər odlu silahlardan etirazçılara atəş açıb, nəticədə 28 miqrant yaralanıb.   

 

Etirazçıların güllələnməsi ölkədə rezonansa səbəb olub. Yerli mətbuatın məlumatına görə, bölgədə uzun müddətdir “çiyələk mafiyası” fəaliyyət göstərir və yerli sakinlər polisə şikayət etməyə cürət etmir. Silahlı nəzarətçilər kənar şəxslərin plantasiyalara daxil olmasının qarşısını alır, narazı “qullara” işgəncələr verirlər.      


Tags:  Avropa Məhkəməsi miqrantların qul işlədilməsi məsələsinə baxacaq

RƏYLƏR


Top news