Toyuq qaraciyəri və mandarinlə salat

Toyuq qaraciyəri və mandarinlə salat
07:05 10 Yanvar 2016
62 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az toyuq qaraciyəri və mandarinlə salatın hazırlanma qaydasını təqdim edir

 
Tərkibi
(2 pay): 

200 q toyuq qaraciyəri
1 mandarin
1 aysberq kələmi
100 q çerri pomidoru
50-70 q kişmiş üzümü 
3 x.q. zeytun yağı (qaraciyəri qızartmaq üçün)
3 x.q. un (qaraciyəri batırmaq üçün)
küncüt

sous:

2 x.q. limon şirəsi
2 x.q. zeytun yağı
2 x.q. soya sousu

Toyuq ciyərini yuyub təmizləyin. İkiyə bölüb una batırın. Zeytun yağında hər üzünü 2-3 dəqiqə qızardın. Duz-istiot vurun. 

Mandarini təmizləyib dilimləyin, pərdəsini soyun. Hər dilimi 2-3 yerə bölün. Çerri pomidorlarını yarı bölün. 

Kələmi iri doğrayıb boşqaba yığın. Üzərinə növbə ilə qaraciyəri, mandarini, çerri pomidoru və üzüm gilələrini düzün. 

Limon şirəsi, soya sousu və zeytun yağını qarışdırıb salatın üzərinə gəzdirin. Küncüt səpin. 
 
Nuş olsun! 

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/396405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR