Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hicablı qadın Donald Trampın mitinqindən qovuldu

Hicablı qadın Donald Trampın mitinqindən qovuldu

Date: 10 January 2016 07:34

ABŞ prezidentliyinə namizəd Donald Trampın Cənubi Karolina ştatının Rok-Hill şəhərində təşkil olunan seçkiqabağı mitinqindən hicablı qadın qovulub. APA-nın “CBS News” telekanalına istinadən verdiyi xəbərə görə, Donald Trampın çıxışı zamanı üzərində  “Mən sülhlə gəlmişəm” yazısı olan geyimli 56 yaşlı hicablı qadın Trampın suriyalı qaçqınlar barəsində səsləndirdiyi ifadələrə etiraz əlaməti olaraq yerindən qəfil  qalxaraq səssiz etiraz edib.

 

Qadının heç bir söz demədiyi qeyd olunur.     

 

Mitinq iştirakçıları fitə basılan qadın ərazidən polis tərəfindən uzaqlaşdırılıb. 


Tags:  Hicablı qadın Donald Trampın mitinqindən qovuldu

RƏYLƏR


Top news