Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hüsnü Mübarəkin apelyasiya şikayəti qəbul edilmədi

Hüsnü Mübarəkin apelyasiya şikayəti qəbul edilmədi

Date: 10 January 2016 07:41

Misirin apelyasiya məhkəməsi ölkənin sabiq prezidenti Hüsnü Mübarək və oğlanları Qamal və Ala Mübarəkin apelyasiya şikayətini qəbul etməyib.

ANS PRESS-in məlumatına görə, məhkəmə bunun sonuncu apelyasiya müraciəti olduğunu bildirib.

Mübarək ailəsi 2015-ci il may ayında dövlət fondunu mənimsəmə ittihamları ilə 3 il müddətində azadlıqdan məhrum ediliblər. Mənimsənilən pullar prezident sarayının təmiri üçün nəzərdə tutulmuş vəsait olub.

Lakin sabiq dövlət başçısı pulları öz mülkiyyətinin təmirinə xərcləyib. Oğlanları da pulların mənimsənilməsində Hüsni Mübarəkə kömək ediblər.

Ümumilikdə, 125 milyon Misir funtu mənimsənilib.

Mübarək hazırda xəstəliklə əlaqədar girov müqabilində azadlığa buraxılıb. Kassasiya məhkəməsi 2014-cü ildə ona qarşı səsləndirilən ittihamların əksəryyətini rədd etmişdi.

Lakin oğlanları hər ikisi 4 il olmaqlda azadlıqdan məhrum ediliblər.

Apelyasiya məhkəməsinin qərarı etirazlara səbəb olub. Əsasən, qadınlar sərt şəkildə qərara etirazlarınıbildiriblər. “Hüsni Mübarək bu ölkədə ən şərəfli insandır.

O, alçaldılmağı qəbul etdi, lakin ölkədən qaçmadı”. Mübarəkin tərəfdarlarından Əhməd əl-Şahid belə deyib.

Tags:  Hüsnü Mübarəkin apelyasiya şikayəti qəbul edilmədi


RƏYLƏR


Top news