Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş nazir Viktor Orban Bolqarıstanın Şengen zonasına daxil olmasını vacib hesab edir

Baş nazir Viktor Orban Bolqarıstanın Şengen zonasına daxil olmasını vacib hesab edir

Date: 10 January 2016 08:08


Sofiya, 10 yanvar, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban ölkə ictimai radiosuna verdiyi müsahibədə qaçqınlar axınının qarşısını almaq üçün yeni təkliflər irəli sürüb. Baş nazirin fikrincə, Türkiyə ilə imzalanmış saziş bu axının qarşısını tam almayacaq. O, yalnız Yunanıstanın şimal sərhədində mühafizə zolağının inşa edilməsi, Bolqarıstanın Şengen zonasına daxil olması, Makedoniyaya isə maliyyə yardımının artırılması ilə bu axını dayandırmağın mümkün olduğunu vurğulayıb. Macarıstan Avropa İttifaqında qaçqınlar axınının qarşısını almaq üçün ölkənin cənubunda sədd tikən ilk dövlətdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Tags:  Baş nazir Viktor Orban Bolqarıstanın Şengen zonasına daxil olmasını vacib hesab edir


RƏYLƏR


Top news