Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mersin Dövlət Opera və Balet Teatrında “Koroğlu” operasının premyerası olub

Mersin Dövlət Opera və Balet Teatrında “Koroğlu” operasının premyerası olub

Date: 10 January 2016 08:38


Mersin,10 yanvar, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfirliyinin, bu ölkənin Dövlət Opera və Balet Teatrının və TÜRKSOY-un birgə təşkilatçılığı ilə yanvarın 9-da Mersin Dövlət Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının premyerası keçirilib.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Mersin vilayətinin valisi Özdəmir Çakacak, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və KİV nümayəndələri də tədbirdə iştirak ediblər.
Tamaşadan əvvəl səfir Faiq Bağırov və Türkiyənin Dövlət Opera və Balet Teatrları Baş İdarəsinin müdiri Selman Ada Ü.Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Koroğlu” operasının Mersin Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmasının əhəmiyyətindən danışıblar.
“Koroğlu” Operasının Azərbaycanın musiqi mədəniyyətindəki yerindən söhbət açan F.Bağırov bu ölməz əsərin, eyni zamanda, bütün türk dünyasını birləşdirən dəyərlərimizdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, səfirliyin təşəbbüsü ilə 2015-2016-cı sənət ilində Mersin Dövlət Opera və Balet Teatrının repertuarına salınan “Koroğlu” operası sonradan TÜRKSOY tərəfindən bütün türk dünyasının ortaq layihəsinə çevrilib. Bu da müştərək türk tarixi və ədəbiyyatında mövcud olan “Koroğlu” dastanının birləşdirici rolu ilə üst-üstə düşməkdədir.
Rəsmi hissədən sonra tamaşa təqdim olunub. Azərbaycanlı rejissor, professor Əflatun Nemətzadə tərəfindən yüksək pəşəkarlıqla hazırlanan opera tamaşaçılarda xoş təəssürat yaradıb və alqışlarla qarşılanıb. Premyerada orkestrı tanınmış italyan dirijor Lorenzo Coladonato idarə edib.
Sonda səfirlik tərəfindən layihənin tərəfdaş qurumları olan TÜRKSOY və Türkiyənin Dövlət Opera və Balet Teatrları Baş İdarəsinin rəhbərlərinə, eləcə də tamaşanın ərsəyə gəlməsində əməyi olan digər şəxslərə plaketlər təqdim edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Mersin




Tags:  Mersin Dövlət Opera Balet Teatrında Koroğlu operasının premyerası olub


RƏYLƏR


Top news