Sarımsağı iy gəlmədən necə soymaq olar?

Sarımsağı iy gəlmədən necə soymaq olar?
08:52 10 Yanvar 2016
139 Maraqlı
Ölkə mətbuatı
A- A+

Sarımsaq yeməklərə dad qatan, eyni zamanda orqanizmi sağlam edən tərəvəzlərdən biridir. Milli.Az big.az-a istinadən bildirir ki, sarımsağı soymaq sıxıcı proseslərdən sayıla bilər.

Buna görə də sarımsağı soymaq üçün ən asan üsulu təqdim edirik:

Sarımsağı soyarkən həm əlimdən iy gəlməsin, həm də tez soyum deyirsinizsə, sizə saniyələr içərisində birdən çox sarımsağı asanca soymaq reseptini veririk.

Bunun üçün ehtiyacınız olan tək şey boş bir bankadır.

Əvvəlcə soymaq istədiyiniz miqdarda sarımsaq seçin.

Ayırdığınız sarımsaqları bankanın içinə qoyub ağzını bağlayın.

Bankanı əlinizə götürüb sarımsaqların soyulduğunu görənə qədər silkələyin. Nə qədər qüvvətli yelləsəniz müddət bir o qədər qısalacaq.

Təxminən 10 saniyə qədər silkələdikdən sonra bütün sarımsaqların soyulduğundan əmin olun.

Bankanı boşaldın. Artıq etməniz lazım olan tək şey sarımsaq qabıqlarını çıxarmaqdır.

Sarımsaq soymaq bu qədər sadədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR