Fransızlar məscidlərə axın etdi

Fransızlar məscidlərə axın etdi
09:01 10 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Fransada məscidlər bütün ölkə vətəndaşlarını “Allah evi”ni ziyarət etməyə dəvət ediblər.

ANS PRESS-in məlumatına görə, Fransanın Müsəlman Cəmiyyəti Şurası tərəfindən icra olunan kampaniya ölkədə insanlara İslam dininin əsl mahiyyətini çatdırmaq məqsədi daşıyır.

Şura üzvləri insanları dostluğa və həmrəyliyə çağırıb və Fransada son dövrlərdə baş verən terror hadisələrinə görə təəssüflərini ifadə ediblər. Kampaniya fəalları İslam dininin terrorizmlə heç bir əlaqəsi olmadığını izah etməyə çalışıblar.

Ölkənin daxili işlər naziri Bernar Kaznöv də məscidlərdən birində qonaq olub.


Fransada məscid

“Respublika bütün övladlarını qorumalıdır. Polis və ordu qüvvələri ibadət evlərində təhlükəsizliyi təmin etməlidir. Respublika ibadət etmək istəyən insanalara qarşı törədilən zorakılıqlara səbrlə yanaşmayacaq”, - Fransanın daxili işlər naziri.Bernar Kaznöv bildirib

Fransada ötən il "Şarli Ebdo" qəzetinin redaksiyasına edilən hücum nəticəsində 17 nəfər öldürülmüşdü.

2015-ci il 13 noyabr tarixində paytaxt Parisdə 130 nəfərin öldürülməsi ilə nəticələnən terror aktlarından sonra isə, hökumət bəzi məscidləri radikal təbliğat apardığı üçün bağlamışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR