Azərbaycanlı bacılar "O səs Türkiyə"ni oxumadan tərk etdilər - VİDEO

Azərbaycanlı bacılar "O səs Türkiyə"ni oxumadan tərk etdilər - VİDEO
10:17 10 Yanvar 2016
192 Maraqlı
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"nin ikinci mərhələsi fərqli formatda başlayıb.

Axşam.az-ın məlumatına görə, hər dəfəkindən fərqli olaraq bu dəfə münsiflər öz komandalarında olan iştirakçıları birbaşa məşq prosesində qiymətləndiriblər.

Yeni qaydalara görə, komanda rəhbəri 5 nəfər seçir. Məşq prosesində onları dinlədikdən sonra qərar verir. Beşlikdən biri birbaşa növbəti mərhələyə keçir. İkisi səhnəyə çıxaraq növbəti mərhələ uğrunda yarışır. Digər ikisi isə səhnəyə çıxmadan yarışı tərk edir.

İkinci turun ilk günündə yarışı səhnəyə çıxmadan tərk edənlər arasında Ebru Gündeşin komandasında olan Ofeliya Flora bacıları da olub.

Cənubi Azərbaycandan olan iştirakçı Sara Koral isə birbaşa növbəti mərhələyə keçib.

Qeyd edək ki, Acun Ilıcalının yarışmadakı yeni ideyası sosial şəbəkədə tənqid olunub. Tamaşaçılar bunun iştirakçılara qarşı hörmətsizlik olduğunu bildiriblər.

Ebru Gündeşin komandasında olan digər azərbaycanlı Rəşidə Kərim də 6 nəfərlik qrupdan birinci olaraq növbəti mərhələyə keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR