İran geri addım atdı

İran geri addım atdı
10:36 10 Yanvar 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 2-də Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinə edilən hücumlarla əlaqədar şəhər qubernatorunun müavini vəzifəsindən azad edilib.

ANS PRESS-in məlumatına görə, İran Daxili İşlər Nazirliyi, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücumları pisləyib.

DİN rəsmisi Hüseyn Əli Əmiri bildirib ki, Tehranın general-qubernator müavini Səfər Əli Baratlı vəzifəsinin öhdəsindən vaxtında gəlmədiyinə görə İran daxili işlər naziri Əbdülreza Rəhmani Fəzlinin əmri ilə vəzifəsindən azad edilib.

Hüseyn Əli Əmiri, həmçinin, bu cür hadisələrin baş verməməsi üçün bütün müvafiq qurumların da lazımi tədbir görməli olduqlarını bildirib.

Ə. Əmiri hücumlara görə 60-dək şəxsin saxlanıldığını və istintaqın başlandığını bildirib.


Əbdülreza Rəhmani Fəzli- İranın daxili işlər naziri

Derkabrın 2-də Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib.

Haqqında edam cəzası çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz-Zəhrani və digər din xadimi Şeyx Nimr ən-Nimr də olub.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bəyan edib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər. Onlar terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunublar.

Edam edilənlərin 45 nəfəri Səudiyyə vətəndaşı olub və onların əksəriyyəti 2003-2006-cı illərdə terror aktları törətmiş “Əl-Qaidə” üzvləri olduğu bildirilir. Səudiyyə Ərəbistanı kütləvi informasiya vasitələrində isə deyilirdi ki, edam edilənlər mülki şəxsləri və krallığın təhlükəsizlik qüvvələrini hədəfə alan terror aktları törətməkdə ittiham ediliblər.


Etiraz aksiyasından foto

Hadisədən sonra Tehran sakinləri bu şəhərdə yerləşən Səudiyyə Ərəbistanı səfirliyinə hücüm ediblər.

Etirazlar zamanı Səudiyyə Ərəbistanının səfirliyinə hücüm edilməsi haqda məlumat "Twitter" sosial şəbəkəsində yayılıb. Bəzi şəkillərdə səfirliyinin binasının yandığı, bəzilərində isə səfirliyin içərisində ki otaqlarda mebellərin sındırıldığı görünür.

Məlumata görə, Səudiyyə Ərəbistanının səfirliyinin yerləşdiyi küçənin edam edilən ən-Nimrinin şərəfinə adlandırılması haqda qərar qəbul olunub.

İnsidentlə bağlı İranın xarici işlər nazirliyi (XİN) vətəndaşları səfirlik əməkdaşlarına hörmət etməyə çağıran bəyanat yayıb.

İnsidentdə iştirak edən 60 nəfəri İran polisi həbs edib, eyni zamanda basqınçılar səfirliyin binasından çıxarılıb.


Etiraz aksiyalarının baş tutduğu Tehran şəhərinin xəritəsi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR