Yük avtomobillərinin təkərləri yandı

Yük avtomobillərinin təkərləri yandı
10:39 10 Yanvar 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakının müxtəlif hissələrində bir neçə yanğın hadisəsi baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda vətəndaşa məxsus evə bitişik ümumi sahəsi 9 kv.m olan dəmirdən ibarət toyuq hininin tavanının yanar konstruksiyaları və içərisində 2 ədəd yük avtomobilinin təkərləri yanıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 03:39-da söndürülüb.

 

Suraxanı rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 04:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR