Basketbol üzrə Avropa Liqasının Rusiyanın "Lokomotiv-Kuban" və Türkiyənin "Anadolu Efes" (78:77) arasında keçirilən oyun zamanı insident yaşanıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, rusiyalı azarkeş oyun zamanı infarkt keçirərək ölüb.
"Matçın sonlarında 60 yaşlı azarkeşin vəziyyəti pisləşib. O, ürəyində ağrılar hiss edib. Oyun zamanı növbə aparan iki təcili tibbi yardım xidməti onun həyatını xilas etməyə çalışıb.
Lakin azarkeşi heç təcili tibbi yardım maşınına qədər gətirmək mümkün olmayıb. O vəfat edib. Klub bütün lazım olan proseduru yerinə yetirdi, lakin faciədən qaçmaq mümkün olmadı", - deyə "Lokomotiv-Kuban" klubunun bəyanatında bildirilir.
Milli.Az