Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Aynişan “O səs Türkiyə”ni tərk etdi

Aynişan “O səs Türkiyə”ni tərk etdi

Date: 10 January 2016 10:54

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “O səs Türkiyə” yarışını tərk edib.

Lent.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə Aynişan “İnstagram” hesabında bildirib.

Aynişan Quliyeva bu yarışda iştirakını həyatında yaşadığı ən gözəl anılardan biri olduğunu qeyd edib. İfaçı həmçinin "O səs Türkiyə" yarışmasında Azərbaycanı bacardığı gədər gözəl təmsil etməyə çalışdığını və bunun üçün zəhmətini əsirgəmədiyini vurğulayıb.

“Murat Bozun Azərbaycan dilində mənimlə birgə ifasi həyatımın sonuna gədər unutmayacağım bir andır”, - deyə Aynişan yazıb.

“Mənim sevdiklərim məni dəstəkləyən bütün insanlar hər birinizə ayrı ayrılıqda çox təşəkkür edirəm! Sizin dəstəyinizə ehtiyac duyan diğər yarışmacılarımız var, gəlin onlara hər tərəfli dəstək olaq”,- deyə gənc ifaçı vurğulayıb.

Xatırladaq ki, Aynişan müsabiqədə “Gəl ey səhər” adlı Azərbaycan mahnısını oxuyub və münsiflər arasından Murad Bozu seçib.



Tags:  Aynişan səs Türkiyəni tərk etdi

RƏYLƏR


Top news